CƏMİYYƏT


Sudan mətbuatı Ermənistanın hərbi təxribatından yazıb

Qahirə, 28 iyul, AZƏRTAC

Sudanın “Avalalnahar”, “Bajnews” qəzetlərində Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları, Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlaması və ölkəmizin Sudanda akkreditə olunmuş səfirliyinin bəyanatı yayılıb.

AZƏRTAC xəbər verir ki, Sudan ictimaiyyətinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, dinc əhalini qətlə yetirməsi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizi dərhal və qeyd-şərtsiz azad etməsinə dair qətnamələri, digər beynəlxalq təşkilatların işğalçı ölkəyə təcavüzünü pisləyən və Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərar və qətnamələr barədə ətraflı məlumat verilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.