Sumqayıtda dezinfeksiya işləri davam etdirilir
Sumqayıt, 4 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur.
Dezinfeksiya işləri şəhərin mərkəzi ilə yanaşı, kənar hissələrini də əhatə edir. İyulun 4-də "Stansiya Sumqayıt”, "Yaşıl dərə” yaşayış massivlərinin yolları dezinfeksiyaedici məhlullarla yuyulub.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC -a bildirilib ki, şəhərdə bütün küçələr, məhəllələr, ticarət şəbəkələri, sənaye zonası, yaşayış binaları, bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiya olunur. Həmçinin şəhərin park və xiyabanlarında oturacaqlar da dezinfeksiya edilir.