Kiyevə kütləvi hava zərbələri endirilib, ölənlər var YENİLƏNİB 2
Kiyev, 6 iyul, AZƏRTAC
Kiyevə kütləvi raket və dron zərbələri nəticəsində 3 nəfər ölüb, 10-a yaxın insan isə yaralanıb.
AZƏRTAC-ın məlumata görə, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram səhifəsində yazıb.
Kiyevin müxtəlif rayonlarında 10-dan artıq çoxmərtəbəli binada dağıntı qeydə alınıb.
03:29
Hava hücumu zamanı Kiyevin Podol və Qoloseyev rayonlarında dağıntılar qeydə alınıb.
AZƏRTAC-ın məlumata görə, bu barədə Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində bildirib.
Onun sözlərinə görə, Podol rayonunda yaşayış binası qismən dağılıb, xəsarət alanlar var.
Dağıntılar, həmçinin Podol rayonunda qaraj kooperativinin ərazisinə düşüb.
Təcili yardım xidmətləri hadisə yerinə göndərilir.
03:03
Rusiya ordusu iyulun 6-na keçən gecədən başlayaraq Kiyev şəhərinə intensiv hava hücumu edir.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, hava hücumu zamanı müxtəlif tipli ballistik raketlərdən istifadə olunur.
Kiyevdə hava hücumundan müdafiə sistemi aktiv işə düşüb. Güclü partlayış səsləri eşidilir.
Dağıntılar barədə hələ ki məlumat verilmir.