Astanada təxminən 10 min məktəbli dombrada ifa edib
Astana, 5 iyul, AZƏRTAC
Astanada Milli Dombra Günü münasibətilə “Нағыз қазақ – қазақ емес, нағыз қазақ - домбыра!” adlı genişmiqyaslı ümumxalq çelencinə start verilib.
AZƏRTAC Astana meriyasının rəsmi saytına istinadla xəbər verir ki, genişmiqyaslı mədəni aksiyada təxminən 10 min məktəbli, eləcə də musiqi müəllimləri iştirak edib.
Müəllimlərin rəhbərliyi ilə şagirdlər eyni vaxtda Astananın əlamətdar yerlərində, mədəniyyət obyektlərində və ictimai məkanlarında məşhur küyiləri (ənənəvi instrumental pyeslər) ifa ediblər.
Tədbir Astana Təhsil İdarəsinin Metodik Mərkəzi tərəfindən təşkil edilib. Təşəbbüsün əsas məqsədi milli incəsənətin populyarlaşdırılması, gənclərin istedadlarının nümayiş etdirilməsi və xalqın zəngin mədəni irsinin təbliğ ediltməsidir.