Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqəmsal islahatlar Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını möhkəmləndirir ŞƏRH

Rəqəmsal islahatlar Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını möhkəmləndirir  ŞƏRH

Bakı, 4 iyul, AZƏRTAC

Heç kəsə sirr deyil ki, 2020-ci ildən sonra dünya əvvəlki inkişaf modelindən fərqli mərhələyə qədəm qoyub. Yeni qlobal nizamın əsas xüsusiyyətlərindən biri rəqəmsallaşma proseslərinin sürətlənməsidir. Azərbaycanın bu çağırışlara hazırlığının təmin edilməsi isə hələ əvvəlki dövrlərdən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub və bu sahədə ardıcıl addımlar atılıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkədə bir sıra innovativ layihələr uğurla həyata keçirilib, rəqəmsallaşma, operativlik, hesabatlılıq və şəffaflıq dövlət idarəçiliyinin əsas prinsiplərinə çevrilib. Onun sözlərinə görə, vaxtında reallaşdırılan bu təşəbbüslər və onların uzunmüddətli nəticələri ölkə rəhbərliyinin uzaqgörən siyasətinin təzahürüdür və Azərbaycanın qlobal çağırışlara cavab verən, rəqəmsal transformasiyanın fəal iştirakçılarından birinə çevrilməsinə xidmət edir.

M.Əfəndiyev xatırladıb ki, Azərbaycanda rəqəmsal transformasiya və innovativ texnologiyaların tətbiqi istiqamətində sistemli dövlət siyasətinin əsası hələ 2007-ci ildən qoyulub. O bildirib: “İnformasiya-kommunikasiya texnologiyalarının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi, elektron hökumət həllərinin tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi və innovasiya ekosisteminin inkişafı ölkənin rəqəmsal gələcəyi üçün möhkəm zəmin yaradıb. Bu istiqamətdə həyata keçirilən institusional islahatların mühüm tərkib hissələrindən biri Prezident İlham Əliyevin 2013-cü il 13 iyul tarixli Fərmanı ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması olub. Dünyanın qabaqcıl təcrübəsi əsasında fəaliyyət göstərən və beynəlxalq səviyyədə tanınan “ASAN xidmət” ötən dövrdə dövlət xidmətlərinin göstərilməsində uğurlu model kimi özünü təsdiqləyib. Rəqəmsallaşmanın miqyası və yaratdığı dəyişikliklərin bəşəriyyətin əvvəlki inkişaf mərhələlərindən ciddi şəkildə fərqləndiyini nəzərə alsaq, “ASAN xidmət” konsepsiyasını Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşmasının ən uğurlu nümunələrindən biri hesab etmək olar.

Bu sahədə görülən işlərin davamı olaraq Prezident İlham Əliyevin 2020-ci ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində Dördüncü Sənaye İnqilabı üzrə Bakıda Regional Mərkəzin yaradılması barədə Niyyət Protokolunu imzalaması da mühüm əhəmiyyət daşıyır. Həmin mərkəzin fəaliyyətə başlaması Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində böyük potensiala malik olduğunu bir daha nümayiş etdirib”.

Deputatın sözlərinə görə, hazırda rəqəmsallaşma, süni intellekt, bulud texnologiyaları və digər innovativ həllər dövlət idarəçiliyi, iqtisadiyyat və cəmiyyət qarşısında yeni çağırışlar yaradır. Bu baxımdan Azərbaycanın əsas vəzifələrindən biri qlobal texnoloji trendləri milli maraqlara uyğun tətbiq etmək, rəqabətqabiliyyətli rəqəmsal ekosistem formalaşdırmaq və çevik idarəetmə mexanizmləri yaratmaqdır. Bunun üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, qanunvericiliyin müasir texnoloji reallıqlara uyğunlaşdırılması, yeni institutların yaradılması və insan kapitalının inkişafı xüsusi əhəmiyyət daşıyır. Cari il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda keçirilən müşavirə də bu istiqamətdə islahatların yeni mərhələyə keçdiyini göstərir.

Azərbaycanın texnoloji inkişafına xidmət edən qanunvericilik paketi

“Bu istiqamətdə növbəti mühüm addım cari il fevralın 27-də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi olub. Bu qərarlar rəqəmsal inkişaf sahəsində strateji prioritetlərin və icra mexanizmlərinin vahid idarəetmə modeli əsasında əlaqələndirilməsini təmin edib, rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Mühüm hadisələrdən biri isə ötən ayın 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi oldu. İclasda rəqəmsal inkişaf və süni intellekt sahəsində qanunvericilik bazasının formalaşdırılması, hüquqi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və uzunmüddətli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi müzakirə edildi. Bu yanaşma innovasiyaların təhlükəsiz, məsuliyyətli və davamlı tətbiqinə, dövlət və özəl sektor arasında əməkdaşlığın genişlənməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına və beynəlxalq standartlara uyğun tənzimləyici mühitin formalaşdırılmasına xidmət edir”, - deyə M.Əfəndiyev vurğulayıb.

O bildirib ki, hazırlanmış qanunvericilik paketi Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran ən mühüm islahatlardan biridir. Belə ki, qanunvericiliyə təklif olunan dəyişikliklər 34 qanunu, 9 Prezident fərmanını və Nazirlər Kabinetinin 3 qərarını əhatə edir. Məqsəd Azərbaycanı texnologiya şirkətləri, innovativ bizneslər və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir.

“Eyni zamanda, süni intellektin dövlət idarəçiliyinə və ictimai həyata inteqrasiyası əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması, dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi və bu sahənin strateji inkişafı nəzərdə tutulur.

Rəqəmsallaşan dünyada süni intellekt dayanıqlı inkişafın mühüm alətlərindən biridir. Bununla yanaşı, bütün qərarlar Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməlidir. Bu sahədə institusional və hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və milli reallıqlara uyğun tətbiqi ölkənin rəqəmsal transformasiyasını sürətləndirəcək, innovativ və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına töhfə verəcək”, - deyə deputat əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib