Şaocü Opera Sənəti Ansamblı XV Beynəlxalq İpək Yolu Musiqi Festivalında çıxış edib
Gəncə, 4 iyul, AZƏRTAC
XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı çərçivəsində Çin Xalq Respublikasını təmsil edən Zhejiang (Cjetszyan) Tədqiqat İnstitutunun Şaocü Opera Sənəti Ansamblı “Yue operasının əbədi cazibəsi” adlı konsert proqramını təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə Çin ənənəvi teatr sənətinin ayrılmaz hissəsi olan Şaocü və Yue operalarının özünəməxsus musiqi və ifaçılıq xüsusiyyətləri nümayiş etdirilib.
Dünyanın 20-dən çox ölkəsində uğurla çıxış edən kollektivin təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Müxbir - Elcan Məmmədov