Azərbaycan gimnastları Dünya Kubokunda və beynəlxalq turnirdə medallar qazanıblar
Bakı, 5 iyul, AZƏRTAC
Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı təmsil edən Maqsud Mahsudov batut gimnastikası üzrə fərdi proqramın finalında 61.440 xal toplayaraq yarışı yeddinci pillədə başa vurub.
Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn Abbasov bürünc medala layiq görülüblər.
Tamblinq üzrə yarışda Mixail Malkin 32.300 xalla bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Tofiq Əliyev 29.300 xalla üçüncü yeri tutaraq bürünc medala sahib çıxıb. Gümüş medalı isə Portuqaliya təmsilçisi Vasko Peso əldə edib.
Bununla yanaşı, Koimbrada təşkil olunan “Coimbra GymFest” beynəlxalq turnirində də Azərbaycan gimnastları uğurlu çıxış ediblər.
Batut gimnastikası üzrə fərdi proqramda Maqsud Mahsudov qızıl, Hüseyn Abbasov isə gümüş medal qazanıb.
Tamblinq üzrə komanda yarışlarında Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Fərdi proqramda Bilal Qurbanov qızıl, Aleksey Karataşov isə bürünc medal əldə edib. Sənan Rzazadə də qızıl medala sahib çıxıb. Əsnad Niftiyeva və Xədicə Məmmədzadə isə turniri gümüş medalla başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]