“Neftçi” 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Marsel mərhələsinin çempionu olub
Bakı, 4 iyul, AZƏRTAC
“Neftçi” klubu 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, iyulun 3-4-də Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasının növbəti mərhələsində ölkəmizi təmsil edən “Neftçi” qrupu lider kimi başa vuraraq 1/4 finala yüksəlib.
Paytaxt təmsilçisi 1/4 finalda Uqanda millisini 18:15, yarımfinalda isə Fransa yığmasını 14:10 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Həlledici görüşdə Kanada yığması ilə qarşılaşan “Neftçi” gərgin mübarizə şəraitində keçən oyunda rəqibini 15:9 hesabı ilə məğlub edərək Marsel mərhələsinin çempionu olub.
Turnirin ən dəyərli basketbolçusu (MVP) “Neftçi” klubunun və Azərbaycan millisinin üzvü Arika Karter seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:29]
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]