“Televizorda Cəbrayılın azad olunması xəbərini eşidəndə uşaq kimi ağladım” - Cəbrayıl sakini
Cəbrayıl, 5 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
27 ildir doğma şəhərim Cəbrayıldan ayrı düşmüşəm. Bu illərdə çətinliklərimiz çox olub. Ən böyük çətinlik isə yurd həsrəti ilə yaşamaq idi. Şükürlər olsun Allaha! Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində Cəbrayıl işğaldan azad olundu. Tezliklə yurd həsrətimizə son qoyulacaq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Cəbrayıl şəhərindən məcburi köçkün Fazil Səfərov deyib.
Fazil Səfərov bildirib ki, Cəbrayılın işğaldan azad olunması xəbərini eşidəndə sevincindən ağlayıb. "Sevincimi sözlə ifadə edə bilmirəm. İllərdir həsrətini çəkdiyim Vətənimə qovuşuruq. Televizorda Cəbrayılın azad olunması xəbərini eşidəndə uşaq kimi ağladım. Prezidentimizə minnətdarlığımı bildirirəm. Əminəm ki, ordumuz düşmən üzərində qələbə qazanaq digər işğal altında olan ərazilərimizi də azad edəcək. Bütün məcburi köçkünlər doğma yurdlarına dönəcəklər".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [19:27]
Zaqatalada irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün xeyriyyə aksiyası
- 21.05.2026 [19:22]
Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar
- 21.05.2026 [19:07]