MƏDƏNİYYƏT
Tovuzlu şairin yeni kitabının təqdimatı olmuşdur
Tovuz, 18 aprel (AZƏRTAC). Tovuz şəhərində fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına “Varislər” ədəbi birliyinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İsa Cavadoğlunun “Ömür karvanı” kitabı çapdan çıxmışdır.
Kitabda şairin yaradıcılığının müxtəlif dövrlərinin məhsulu olan qoşmaları, satiraları, dördlükləri, ithafları, qəzəlləri, miniatürləri, pyesləri, hekayələri, eləcə də qələm dostları haqqında oçerkləri və digər əsərləri toplanmışdır.
AZƏRTAC xəbər verir ki, Tovuz rayonunda fəaliyyət göstərən “Varislər” ədəbi məclisində şairin sayca 11-ci kitabı olan yeni nəşrin təqdimat mərasimi keçirilmişdir. .
Mərasimdə çıxış edənlər şairin yaradıcılığını yüksək qiymətləndirmiş, el şənliklərində səslənən seirləri haqqında fikirlərini bildirmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.