Ukrayna şirkəti Azərbaycanda elektrik mühərriklərinin satışında maraqlıdır
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Ukraynanın "NVP “NKEMZ" şirkəti Azərbaycanda ümumi sənaye istifadəsi üçün atəşdən müdafiəli, qısa qapanmalı, rotorlu, üç fazalı asinxron elektrik mühərriklərinin satışında maraqlıdır. Sahibkarlar ətraflı məlumat üçün AZPROMO-ya müraciət edə bilərlər.