ELM VƏ TƏHSİL
Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək
Bakı, 6 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi Avstriyanın Vyana şəhərində qeyd ediləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir 2019-cu il sentyabrın 9-da BDU-nun və Azərbaycanın Avstriyadakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə universitetin 100 illik tarixini dolğun əks etdirən videoçarx göstəriləcək, fotosərgi təşkil olunacaq.
Musiqiçilərin təqdimatında konsert proqramının da nəzərdə tutulduğu tədbirdə universitetin nümayəndə heyəti, eləcə də dəvətli qonaqlar iştirak edəcək.
Xatırladaq ki, 2019-cu il iyunun 12-də UNESCO-nun Parisdəki Baş qərargahında 100 illiyi qeyd edilən Bakı Dövlət Universitetinin yubileyi ilə bağlı ölkədə və xaricdə çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub.