Azərbaycan Dövlət İnformasiya Agentliyi

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

Bakı, 28 avqust, AZƏRTAC

“Yüksəliş” müsabiqəsində qalib olmaq üçün təkcə bilik kifayət etmir, bəzən dayanmaq, yenidən cəhd etmək və öz üzərində çalışmaq da lazım gəlir. Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayevin hekayəsi məhz bu yolun nümunələrindəndir. O, müsabiqədə müəyyən mərhələdə dayansa da, bu nəticəni son deyil, özünü inkişaf etdirmək üçün bir fürsət kimi dəyərləndirib və növbəti cəhdində qalib olub.

Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavriat, bank işi üzrə magistratura təhsili almış Rüfət Babayev hazırda Azərbaycan Beynəlxalq Bankında baş məhsul sahibi vəzifəsində çalışır. O, AZƏRTAC-a müsahibəsində “Yüksəliş”də keçdiyi yoldan, qalib olmaq üçün vacib hesab etdiyi bacarıqlardan və müsabiqədən sonra qarşısına qoyduğu hədəflərdən danışıb.

-Necə oldu ki, “Yüksəliş” müsabiqəsində iştirak etməyə qərar verdiniz?

- “Yüksəliş” müsabiqəsində iştirakım əslində bir neçə il əvvəl başlayıb. Müsabiqəyə bir neçə dəfə qatılsam da, müəyyən mərhələdə dayanmışdım. Zaman keçdikcə həmin mərhələdə iştirakçıdan gözlənilən tələbləri daha yaxşı anladım və öz üzərimdə çalışaraq həmin istiqamətlərdə inkişaf etdim. Nəticədə növbəti dəfə həmin mərhələni keçərək digər mərhələlərdə də irəlilədim və müsabiqənin qalibi oldum.

- “Yüksəliş” müsabiqəsinin hansı mərhələsi sizin üçün daha yaddaqalan oldu?

- Müsabiqənin hər bir mərhələsi özündə müəyyən təcrübə və yeni bacarıqların qazanılmasını ehtiva edir. Lakin sonuncu - final mərhələsi mənim üçün xüsusilə əhəmiyyətli olub. Yarımfinal və final mərhələləri konsept baxımından bir-birinə yaxın olsa da, finalda tapşırıqların mürəkkəblik səviyyəsi, eləcə də iştirakçıların bilik və bacarıqları bu mərhələni daha maraqlı edirdi.

Final mərhələsinin əsas xüsusiyyəti yalnız fərdi bilik və bacarıqların deyil, eyni zamanda, komanda daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının nümayiş etdirilməsidir. Burada əsas məqsəd masa ətrafında olan həmkarlarla birlikdə tapşırığın həllinə yönəlmək, strateji düşüncə bacarıqlarından istifadə etmək və yekun nəticəyə nail olmaqdır. Bu prosesdə liderlik keyfiyyətlərini nümayiş etdirmək də mühüm əhəmiyyət daşıyır.

-Mentorluq proqramından gözləntiləriniz nələrdir?

-Mentorluq proqramından gözləntilərim böyükdür. Nəzərə almaq lazımdır ki, proqramın mentorları ölkənin müxtəlif yüksək vəzifələrində çalışan, yüksək peşəkar potensiala malik şəxslərdir.

Mənə mentorluq edəcək şəxslərdən əsas gözləntim onların fərqli baxış bucağından mənim inkişaf etdirməli olduğum istiqamətləri müəyyənləşdirməyimə dəstək olmalarıdır. Eyni zamanda, onların şəxsi və peşəkar təcrübələrindən faydalanaraq öz inkişaf yolumu daha düzgün istiqamətləndirmək istəyirəm.

İnsan çox vaxt özünə yalnız öz baxış bucağından yanaşır və bu, müəyyən mənada komfort zonasının formalaşmasına səbəb olur. Fərqli baxış bucaqlarından özünü qiymətləndirmək və inkişaf etdirilməli məqamları müəyyənləşdirmək mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, mentorluq proqramı bu istiqamətdə mənə əhəmiyyətli dəstək verəcək.

-Sizcə, “Yüksəliş” müsabiqəsində qalib olmaq üçün iştirakçılarda hansı xüsusiyyətlər olmalıdır?

-Mən “Yüksəliş” müsabiqəsini şərti olaraq iki əsas hissəyə bölürəm. İlk üç mərhələ daha çox fərdi bilik və bacarıqların qiymətləndirilməsinə yönəlib. Yarımfinal və final mərhələlərində isə fərdi bilik və bacarıqlardan əlavə, strateji düşüncə, komanda idarəetməsi, dəyişikliklərə uyğunlaşma və komanda daxilində effektiv ünsiyyət kimi bacarıqlar ön plana çıxır.

Fərdi bilik və bacarıqlar insanı müəyyən mərhələyə qədər irəli apara bilər. Lakin irəli sürülən ideyanın güclü olması ilə yanaşı, komandanı həmin ideyanın düzgünlüyünə inandırmaq da mühüm bacarıqdır. Müsabiqə zamanı bununla bağlı müxtəlif nümunələrin şahidi oldum. Bəzən kifayət qədər ciddi arqumentlər irəli sürən iştirakçılar həmin arqumentlərin yekun nəticəyə təsirini əsaslandıra bilmirdilər.

Bu baxımdan effektiv idarəçilik xüsusilə önəmlidir. “Yüksəliş”də də vurğulandığı kimi, idarəetmə ilə effektiv idarəetmə arasında fərq var. İdarəetmə masanı idarə etməkdirsə, effektiv idarəetmə həm prosesi düzgün istiqamətləndirmək, həm də komandanı yekunda düzgün nəticəyə çatdırmaqdır. Hesab edirəm ki, məhz bu bacarıqlar namizədin uğur qazanmasının əsas meyarlarındandır.

- “Yüksəliş” müsabiqəsinin qalibi olaraq qazandığınız 20 min manatlıq pul mükafatını hansı istiqamətdə xərcləməyi planlaşdırırsınız?

- Son bir neçə həftədir bu barədə düşünürəm. Ətrafımdakı insanlar mükafatın xərclənməsi ilə bağlı müxtəlif təkliflər irəli sürürlər. Mən isə bu vəsaiti, ilk növbədə, peşəkar inkişafıma və təhsilimə yönəltmək istəyirəm.

Magistr təhsilim var və bundan sonrakı mərhələdə daha yüksək səviyyəli təhsil, xüsusilə MBA proqramında, eləcə də xaricdə təhsil almaqla bağlı planlarım var. Hesab edirəm ki, bu vəsait həmin məqsədlərin reallaşdırılmasına mühüm töhfə verə bilər.

- “Yüksəliş” müsabiqəsində qalib olduqdan sonra iş, ailə və dostlar arasında sizə münasibətdə hər hansı dəyişiklik oldumu?

- Ailə daxilində münasibətin dəyişdiyini deyə bilmərəm. Çünki bir ailə başçısı kimi mənə verilən dəyər “Yüksəliş” müsabiqəsinin qalibi olub-olmamağımdan asılı deyil.

İş mühitində isə bu qələbəni daha çox özümə münasibət baxımından qiymətləndirirəm. Bu nəticə mənim üçün bir növ özümü sübut etmək, eyni zamanda, potensialımı təsdiqləmək imkanı oldu. İnsan həyatında müəyyən uğursuzluqlarla qarşılaşdıqda bəzən özünü günahlandırır. Mən də müsabiqəyə hazırlıq prosesində inkişaf etdirməli olduğum müəyyən istiqamətlərin olduğunu düşündüm və bunların üzərində çalışmağı qarşıma məqsəd qoydum. Ətrafda isə təbii ki, təbriklər və xoş münasibət gördüm. Bununla belə, mənə yaxın insanlar “Yüksəliş” müsabiqəsinin qalibi olmasam belə, potensialımı bilirdilər. Bu qələbə, sadəcə olaraq, həmin potensialı bir növ təsdiqlədi və nəticə ilə ifadə etdi.

 
Müxbir - Nərmin Muradzadə
Videooperatorlar - Şövqi Əzizov, Namiq Abdullayev
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır