Xirosima faciəsi qurbanlarının siyahısının havaya verilməsi mərasimi keçirilib
Tokio, 16 may, AZƏRTAC
Xirosima şəhərinin hakimiyyət orqanları 1945-ci ildə baş vermiş atom bombardmanı qurbanlarının siyahısının illik havaya verilmə mərasimini keçiriblər.
AZƏRTAC xəbər verir ki, mayın 15-də təşkil edilən mərasimdə Xirosimanın Sülh xatirə parkındakı kenatofdan çıxarılan siyahıların cildləri havaya verilib. Həmin gün səhər saat 8:15 dəqiqədə - atom bombasının şəhərə atıldığı anda administrasiyanın 20 əməkdaşı bir dəqiqəlik sükutla qurbanların xatirəsini anıb. Sonra siyahılar ağ parça üzərinə düzülüb.
Kenatofda bombardman nəticəsində ötən il avqustun 5-dək həlak olan 314 min 118 nəfərin adlarının əks olunduğu 116 cild saxlanılır.
Əməkdaşlar bütün cildləri vərəqləyərək buradakı səhifələrə hər hansı zərərin dəydiyini yoxlayıblar.
Şəhər administrasiyasının əməkdaşı Eyci Madokoro deyib ki, bu siyahıların havaya verilməsi həlak olanların ruhuna sakitlik bəxş edir. O, ümid etdiyini bildirib ki, bu ənənə yeni Reiva dövründə də davam edəcək və bombardman haqqında acı xatirələr heç vaxt unudulmayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [13:24]
Çində “Saudel” tayfunu ilə əlaqədar 270 min nəfər təxliyə edilib
- 28.08.2026 [13:20]
Fransada küçədə qalan uşaqların sayı artıb
- 28.08.2026 [12:36]
Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı artıb
- 28.08.2026 [12:27]
Ayasofya məbədində bərpa işləri aparılır
- 28.08.2026 [11:52]
ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
- 28.08.2026 [11:44]
Qazaxıstan hökuməti istefaya gedib
- 28.08.2026 [11:19]
Norveç kralı vəfat edib
- 28.08.2026 [08:16]
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Norveç kralı vəfat edib
- [11:19]
Venesuela OPEC-i tərk edə bilər
- [10:38]
Qurban Qurbanov: İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq
- 27.08.2026 [23:32]
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb YENİLƏNİB 5
- 27.08.2026 [22:51]
Atlantik okeanında “Dolli” tropik fırtınası formalaşıb
- 27.08.2026 [22:23]
Tramp Atlantik və ya Sakit okeanların adını dəyişdirmək niyyətini açıqlayıb
- 27.08.2026 [22:22]
“Qarabağ” növbəti transferini açıqlayıb YENİLƏNİB
- 27.08.2026 [22:16]
“Qalatasaray” və “Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibləri bəlli olub
- 27.08.2026 [21:35]
Almaniyanın şimal bölgəsi müdafiə və innovasiya mərkəzinə çevriləcək
- 27.08.2026 [20:17]