“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb YENİLƏNİB 5
Bakı, 27 avqust, AZƏRTAC
“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi pley-off mərhələsinin cavab oyununda Bakıda Niderlandın “Tvente” komandasına 1:4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə hesabı 59-cu dəqiqədə Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Kadi Borges açıb. Buna baxmayaraq, 2 qol vuran “Tvente” matçın əlavə vaxta getməsinə nail olub. Qonaqların heyətində Marko Pyatsa (79) və Maks Brüns (90+2) fərqləniblər. Əlavə vaxtda daha 2 dəfə “Qarabağ”ın qapısına yol tapan Ensxede təmsilçisi yekun hesabı müəyyənləşdirib. Bu dəfə Vaut Veqorst (94) və Yunes Taha (114) adlarını tabloya yazdırıblar.
Matçın 106-cı dəqiqəsində Ağdam klubunun futbolçusu Marko Yankoviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Beləliklə, ilk görüşdə 1:0 hesablı qələbəyə baxmayaraq, evdə böyük hesabla uduzan “Qarabağ” avrokuboklarla vidalaşıb. “Tvente” isə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
22:11
UEFA Konfrans Liqasında Bakıda “Qarabağ” və Niderlandın "Tvente" komandaları arasında keçirilən pley-off mərhələsinin cavab matçında əlavə vaxt oynanılacaq.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün əsas vaxtı rəqibin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
İlk matçda Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazandığından ümumi hesab bərabərləşib – 2:2. Bu səbəbdən qalib ya əlavə vaxtda, ya da penaltilər seriyasında müəyyənləşəcək.
21:37
UEFA Konfrans Liqasında Bakıda “Qarabağ” və Niderlandın "Tvente" komandaları arasında keçirilən pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 59-cu dəqiqəsində qolu Ağdam təmsilçisinin heyətində Kadi Borges vurub - 1:0.
21:19
UEFA Konfrans Liqasında Bakıda “Qarabağ” və Niderlandın "Tvente" komandaları arasında keçirilən pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün birinci yarısından sonra hesab açılmayıb - 0:0.
21:05
UEFA Konfrans Liqasında Bakıda “Qarabağ” və Niderlandın "Tvente" komandaları arasında keçirilən pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün birinci yarısında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
Qeyd edək ki, Niderlandda keçirilmiş ilk görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
20:15
UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Tvente” (Niderland) komandaları arasında cavab oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:15-də start götürüb. Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
Qeyd edək ki, Niderlandda keçirilmiş ilk görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.