Qadın voleybolçularımız C qrupunda son oyununu keçirəcək
Bakı, 28 avqust, AZƏRTAC
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderlandla üz-üzə gələcək. Qarşılaşma Milli Gimnastika Arenasında, saat 18:30-da start götürəcək.
Qrupun digər görüşündə Rumıniya İspaniyanı sınağa çəkəcək.
Qeyd edək ki, C qrupunun oyunlarına bu gün yekun vurulur. Hazırda Belçika yığması 13 xalla liderdir. Niderland 9 xalla ikinci, Azərbaycan millisi 8 xalla üçüncüdür. Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın 1 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]