Çində “Saudel” tayfunu ilə əlaqədar 270 min nəfər təxliyə edilib
Pekin, 28 avqust, AZƏRTAC
Çinin Cıcian əyalətində ilin 18-ci tayfunu olan “Saudel” ilə əlaqədar təxminən 270 min nəfər təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə əyalət hökuməti açıqlama yayıb.
Tayfun yerli vaxtla səhər saat 8 radələrində əyalətin Yuhuan şəhərinin sahillərinə çatıb, güclü külək və yağıntı gətirib. Meteorologiya xidmət tayfunun mərkəzində küləyin sürətinin saniyədə 35 metrə çatdığını bildirib. Təxminən bir saat sonra isə tayfun Vencou şəhərinin sahillərinə çatıb. Artıq bir gün əvvəldən ən yüksək səviyyədə fövqəladə hazırlıq elan edilib. Dənizdə olan qayıqlar sahilə çağırılıb.
Əyalətin daşqınlara nəzarət və quraqlığa qarşı mübarizə qərargahının məlumatına görə, avqustun 27-dən 80 mindən çox mülki müdafiə işçisi və 80 texnika gözləmə rejimində olub.
Milli Meteorologiya Mərkəzi qasırğanın saatda 20-25 kilometr sürətlə cənub-qərbə doğru hərəkət edəcəyini və tədricən zəifləyəcəyini proqnozlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [13:52]
Tokayev Qazaxıstan Qurultayının yeni səlahiyyətlərindən danışıb
- 28.08.2026 [13:42]
Nepalda yeni daşqın təhlükəsi yaranıb
- 28.08.2026 [13:20]
Fransada küçədə qalan uşaqların sayı artıb
- 28.08.2026 [12:36]
Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı artıb
- 28.08.2026 [12:27]
Ayasofya məbədində bərpa işləri aparılır VİDEO
- 28.08.2026 [11:52]
ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
- 28.08.2026 [11:44]
Qazaxıstan hökuməti istefaya gedib
- 28.08.2026 [11:19]
Norveç kralı vəfat edib
- 28.08.2026 [08:16]
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Norveç kralı vəfat edib
- [11:19]
Venesuela OPEC-i tərk edə bilər
- [10:38]
Qurban Qurbanov: İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq
- 27.08.2026 [23:32]
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb YENİLƏNİB 5
- 27.08.2026 [22:51]
Atlantik okeanında “Dolli” tropik fırtınası formalaşıb
- 27.08.2026 [22:23]