Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiçik kənddən böyük arzulara: Ruhinin arzuları və uğurları

Bakı, 28 avqust AZƏRTAC

Balaca bir kənddə dünyaya göz açan Ruhinin uğuru göstərir ki, böyük arzular üçün böyük şəhərdə doğulmaq deyil, böyük məqsədlərə inanmaq və əzmlə çalışmaq lazımdır.

Qazax rayon Bala Çaylı kənd tam orta məktəbinin məzunu Ruhin Xasməmmədov AZƏRTAC-a uğur hekayəsi haqqında danışıb.

“Həyatımda təhsillə yanaşı, xüsusi yer tutan bir sahə də var – rəssamlıq. Rəsm mənim üçün sadəcə bir hobbi deyil, ən çox sevdiyim sənətdir. Kiçik yaşlarımdan bu sənətlə məşğulam. Rəsmə marağım uşaqlıq illərimdən başlayıb. Yaşadığımız ərazidə professional rəssam olan bir qonşumuz var idi. Onun çəkdiyi rəsmlər məndə böyük maraq oyadırdı. Saatlarla onun əsərlərinə baxır, çəkdiklərini təkrarlamağa və özümü ona oxşatmağa çalışırdım. Həmin vaxtlar rəssamlığın gələcəkdə həyatımın bu qədər mühüm hissəsinə çevriləcəyini düşünmürdüm. Sonralar tanınmış rəssam Nəciməddin Hüseynovun yaradıcılığı ilə tanış oldum. Onun əsərləri də mənə böyük təsir göstərdi. Yavaş-yavaş özüm də rəsm çəkmək qabiliyyətimin olduğunu hiss etməyə başladım. Bu marağımı daha da inkişaf etdirmək üçün Qazax Dövlət Rəsm Qalereyasının kurslarına qatıldım. Orada rəsmə olan sevgim daha da möhkəmləndi və öz üzərimdə ciddi çalışmağa başladım.

2019-cu ildən etibarən rəssamlıqla daha ardıcıl şəkildə məşğul oluram. Bu illər ərzində dəfələrlə respublika səviyyəli rəsm müsabiqələrində iştirak etmiş, müxtəlif yerlərə layiq görülmüş və fərqlənmişəm. Hər bir müsabiqə mənim üçün yalnız qalib gəlmək deyil, həm də yeni insanlar tanımaq, təcrübə qazanmaq və özümü sınamaq baxımından əhəmiyyətli olub. Yaradıcılığımda xüsusi bir mərhələ isə 2021–2022-ci illərə təsadüf edir. Həmin dövrdə şəhidlərimizin və milli qəhrəmanlarımızın portretlərini çəkməyə başladım. Onların həyat yolu və göstərdikləri qəhrəmanlıq məndə böyük duyğular yaradırdı. İstəyirdim ki, öz sənətimlə onların xatirəsinə töhfə verim. Çəkdiyim portretlərdən biri rayon rəhbərliyinin diqqətini çəkdi. Bundan sonra çəkdiyim şəhid və qəhrəman portretlərinin şəhid ailələrinə çatdırılmasına kömək göstərildi. Mənim üçün bu, qazandığım mükafatlardan daha fərqli və daha dəyərli bir hiss idi. Çünki çəkdiyim rəsmlərin şəhid ailələrinə çatması və onların xatirəsinə həsr olunması mənə böyük mənəvi qürur verdi”, - deyə o bildirib.

Ruhin beynəlxalq səviyyədə də özünü sınayıb. Ukraynada keçirilən beynəlxalq uşaq rəsm müsabiqəsində fərqlənən ilk 20 iştirakçı arasında yer alıb. Bu barədə deyir: “Təəssüf ki, həmin dövrdə baş verən müharibə səbəbindən diplom və mükafatlandırma mərasimi təxirə düşüb. Buna baxmayaraq, belə bir müsabiqədə ölkəmi və rayonumu təmsil etmək mənim üçün böyük təcrübə və qürur olub. Bu gün artıq qarşıda məni yeni bir mərhələ gözləyir. Azərbaycan Texniki Universitetinə qəbul olmağım mənim üçün böyük uğurdur. Beynəlxalq ticarət və logistika ixtisasını seçsəm də, rəssamlıqdan heç vaxt uzaqlaşmaq fikrim yoxdur. Çünki insanın seçdiyi peşə ilə sevdiyi sənət hər zaman eyni olmaya bilər. Mən gələcəkdə başqa sahədə çalışsam belə, rəssamlıq mənim ən sevdiyim sənət olaraq qalacaq. Rəsm çəkəndə özümü daha rahat və azad hiss edirəm. Mənim üçün rənglər bəzən sözlərin ifadə edə bilmədiyi duyğuları danışır”.

Ruhin məqsədlərindən də danışıb: “Həm universitetdə yaxşı təhsil almaq, həm də rəssamlıq sahəsində özümü inkişaf etdirmək istəyirəm. Qarşıda yeni əsərlər yaratmaq, müxtəlif sərgilərdə və müsabiqələrdə iştirak etmək, öz yaradıcılığımı daha geniş auditoriyaya çatdırmaq əsas hədəflərimdəndir. Geriyə baxanda anlayıram ki, hər şey bir qonşumuzun çəkdiyi rəsmlərə olan uşaqlıq marağımdan başladı. Sonra bu maraq sevgiyə, sevgi isə zəhmətə çevrildi. Məncə, uğurun ən vacib şərtlərindən biri insanın sevdiyi işdən, qarşısına qoyduğu məqsəddən vaz keçməməsidir. İnanıram ki, insan özünə güvəndikdə, məqsədi uğrunda əzmlə çalışdıqda qarşısındakı çətinlikləri dəf edə və arzularına çata bilər.

Mənim uğur hekayəm isə hələ bitməyib. Universitetə qəbul olmağım və qazandığım uğurlar mənim üçün son deyil, yeni başlanğıcdır. İnanıram ki, qarşıda həm təhsil, həm də rəssamlıq sahəsində məni daha böyük uğurlar gözləyir”.

 

Müxbir -Tünzalə Arazlı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hüseyn Hüseynov: Əlverişli maliyyə resurslarına çıxış sahibkarlara dəstəyimizin digər mühüm istiqamətidir

Fərid Şəfiyev: Cənubi Qafqazda sülh və sabitlik Avropanın da maraqlarına xidmət edir

Mirbek Mambataliyev: Qırğızıstan rəqəmsal yeniliklərə və gənclər mübadiləsinə açıqdır

UNCTAD rəsmisi: Rəqəmsallaşma yaradıcı xidmətlərin beynəlxalq ticarətdə inkişafını sürətləndirir

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir

Amanuel Elias: Rəqəmsal mühitdə irqçilik və ayrı-seçkiliyin qarşısının alınması vacibdir

Ozodbek Nazarbekov: Süni intellektin inkişafını mədəniyyət sahəsində tərəqqiyə yönəltməliyik

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Dunay çayı kanalizasiya suları ilə çirklənib

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib

BMT rəsmisi: Azərbaycanın “ASAN xidmət” modeli uğurlu nümunə kimi bir sıra ölkələrdə tətbiq olunur

Asa Regner: Qadınların təşəbbüslərinə mane olan stereotiplərə qarşı mübarizə aparırıq

Şarlott Kurtua: Rəqəmsal texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır

Hüseyn Hüseynov: Sahibkarlar iqtisadiyyat və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayırlar

Avropa dövlətləri Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları qəbul edir - ŞƏRH

Hindistanlı nümayəndə: Bakı forumu beynəlxalq əməkdaşlıq və innovasiyalar üçün mühüm platformadır

Macarıstanlı həvəskar astronom Yerə yaxın yeni asteroid kəşf edib

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Fransa Senatı Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd edib

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şarlott Kurtua: Rəqəmsal alətlər tələbələrin biliklərini başqalarına ötürməsinə imkan yaradır

Baş direktor: Azərbaycanda yaradıcı sənayelərin iqtisadiyyatda payı artır

Rəşad Əzizov: Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir

FAO və Dünya Bankı: Neft və ərzaq qiymətlərində qlobal təklif şokları inflyasiyaya təzyiqi artırır

Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib

Şirvanda beynəlxalq şahmat festivalına yekun vurulub

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Müşavir: Almaniya iş adamları Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdırlar

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır

Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb

Yengicə su anbarının tikintisi davam edir

Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb VİDEO

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb VİDEO

Ekspert: İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır - MÜSAHİBƏ

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb

Qazaxıstan yerli dron istehsalını genişləndirəcək

Bakı Kitab Sərgisində yeni nəşr: “Mirzə Qədim İrəvani: Zamanların qovşağında”

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Gələn ildən Şimal Dəniz Marşrutu ilə ilboyu yük daşımalarına başlanması gözlənilir

Sabah bəzi yerlərdə yağış yağacaq

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq

Dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır ŞƏRH

Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas

® “Rabitəbank” “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Almaniyada avtomobil bir qrup insanın üzərinə sürülüb, xəsarət alanlar var

Gənclər Kitabxanası kitab sərgisi çərçivəsində “Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir təşkil edib

Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb

UNESCO rəsmisi: Davamlı sülh cəmiyyətlərdə qərəzlərin aradan qaldırılmasından və uşaqların təhsilindən başlayır

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

“Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik

Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir – ŞƏRH

Baş katib: Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirir

Adambaşına maliyyələşmə mexanizmi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər - ekspert

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək

Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib

Sudan hökuməti ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıqlara münasibət bildirib

Komitə rəsmisi: Üç rayonda yeni Ailə Mərkəzinin yaradılması istiqamətində işlər aparılır

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır

Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib

Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq

Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq

Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”

Bankların kredit portfeli 33,7 milyard manata çatır

Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

Qazaxda kişi meyiti tapılıb

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib

Mütəxəssis: Sosial dəstək ailələrin problemləri müstəqil həll etmək bacarıqlarını gücləndirir

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyişir

Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib

Bankomat və POS-terminalların sayı azalıb

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək

Bank sektorunun xarici öhdəlikləri azalıb

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub

İki dahi sənətkarın ortaq ədəbi-fəlsəfi irsi bir arada: yeni elmi toplu çap olunub

Naxçıvanda “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib

Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var

Təhlükəli malların bazardan geri çağırılması və məhv edilməsi qaydaları müəyyənləşir

Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür

Fiziki şəxslərin əmanətlərinin 71,4 faizi milli valyutadadır

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Tatev məbədi

İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib

Azərbaycan-Almaniya Biznes Şurasının təsis iclası keçiriləcək

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO