® “Azercell” ilə ən sərfəli rominq internet paketlərindən faydalanın
“Azercell”dən yeni günlük rominq internet paketi cəmi 3,90 AZN-ə
“Azercell” ölkə xaricində olan abunəçilərinin ən sərfəli rominq xidmətlərindən faydalanmaları üçün yeni günlük rominq internet paketini təklif edir.
Martın 29-dan etibarən “Azercell” abunəçiləri 100 MB həcmində təqdim olunan günlük rominq internet paketindən cəmi 3,90 AZN ödəməklə yararlana bilər. “Azercell”in rominq internet paketləri abunəçilərə səfər və səyahətlər zamanı yarana biləcək gözlənilməz internet xərclərinin qarşısını almaqda yardımçı olur.
Qeyd edək ki, “Azercell” abunəçilərinə rominqdə internet xidmətindən faydalanmaq üçün daha 2 paket təklif edir: 19,90 AZN dəyərində 1 GB və 9,90 AZN dəyərində 400 MB həcmində internet paketləri.
Bu paketlər dünyanın ən çox ziyarət edilən 52 ölkəsində fəaliyyət göstərən 70-dən çox operatorun şəbəkəsində qüvvədədir və siyahı daim yenilənir. Əlavə olaraq, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, Birləşmiş Ərəb Əmirlikləri və Çin kimi populyar istiqamətlərdə rominq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, “Azercell” abunəçiləri prioritet operatoru seçmək zərurətinə ehtiyac qalmadan istənilən şəbəkədə internet xidmətindən yararlana bilərlər.
“Azercell” ilə rominqdə onlayn olmaq fürsətini qaçırmayın. “Azercell”in rominq internet paketləri haqqında daha ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun: https://www.azercell.com/az/personal/roaming/internetroaming/
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri, qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99,1 faizini, (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizi əhatə edir.
Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair.
2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.