Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

® B.Musayev: Mərkəzi Gömrük Hospitalı fəaliyyət göstərdiyi 15 il ərzində vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərib

®  B.Musayev: Mərkəzi Gömrük Hospitalı fəaliyyət göstərdiyi 15 il ərzində vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərib

2023-cü il dekabrın 25-də tibb sahəsində bir çox yeniliklərə imza atmış, Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə çevrilmiş, vətəndaşlara yüksəkkeyfiyyətli və güvənli tibbi xidmət göstərən Mərkəzi Gömrük Hospitalının yaranmasının 15 ili tamam olub.

Bu münasibətlə Gömrük Hospitalının rəisi, baş həkim, tibb xidməti polkovnik-leytenantı, ümumi cərrah, t.e.d. Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalında 15 il ərzində həyata keçirilmiş unikal əməliyyatlar, tibb sahəsində tətbiq olunan yeniliklər və fəaliyyəti barədə suallarımızı cavablandırıb.

- Bəxtiyar müəllim, ilk növbədə, Mərkəzi Gömrük Hospitalının 15 il müddətində qazandığı uğurlar və fəaliyyəti barədə məlumat verərdiniz.

- Mərkəzi Gömrük Hospitalı 15 illik inkişaf yolu keçərək Azərbaycan səhiyyə sistemində öz layiqli yerini tapmışdır. Bu gün Hospitalın ölkənin aparıcı tibb müəssisələrin arasında layiqlı yer tutması bizim məqsədimizə nail olmağımızın sübutudur. Keçən 15 il ərzində bizə vətəndaşlardan 1 067 048 müraciət olub. 4 554 101 sayda müxtəlif çeşidli tibbi xidmət göstərilib, 305 289 nəfər hospitalımızda ambulator, 45 001 nəfər isə stasionar müalicə alıb və ümumilikdə 53 737 cərrahi əməliyyat icra olunub. Amma bu rəqəmlər yalnız statistik rəqəmlər deyil.

Bu rəqəmlər Mərkəzi Gömrük Hospitalında özünün, əzizinin, yaxınının şəfa tapması üçün inanan ürəklərin sayıdır. Bu rəqəmlər bizim hər bir pasiyentin gecə-gündüz yorulmadan şəfa tapması üçün çalışdığımız, bu gün bir çoxu ilə doğmalaşdığımız həyatların sayıdır. Hospitalın personalı hər zaman hər bir pasiyenti öz doğması bilir və onun yaşaması, sağlamlığına qovuşması üçün yorulmadan çalışır. Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşlarının, onların ailə üzvlərinin, təqaüddə olan gömrükçülərin və əhalinin sağlamlığının keşiyində gecə-gündüz yorulmadan dayanır.

- Son 5 ildə Mərkəzi Gömrük Hospitalında hansı mürəkkəb əməliyyatlar icra olunub?

- Mərkəzi Gömrük Hospitalında son 5 ildə bir çox unikal və mürəkkəb əməliyyatlar uğurla icra olunaraq, ümidini itirmiş insanlara sevinc bəxş edilib. Son 5 ildə 208 qaraciyər nəqli əməliyyatı, 316 böyrək köçürülməsi və 6 xəstədə isə müştərək əməliyyat həyata keçirilib. Bu əməliyyatlar içərisində eyni seansda aparılmış iki mürəkkəb əməliyyat - 5 yaşlı uşaq üzərində koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı artıq dünya tibbində da öz unikal yerini tutub. Həmçinin tamamilə yeni müalicə növü olan endovaskulyar - yəni bildiyimiz böyük cərrahi müdaxilə aparılmadan ürək klapanlarının dəyişdirilməsi, tibbi dildə desək, TAVİ əməliyyatları dünya standartlarına uyğun şəkildə icra edilir. Bizim invaziv kardioloqlar tərəfindən artıq 30-dan çox xəstə üzərində TAVİ əməliyyatı uğurla icra edilib. Həyata keçirilən əməliyyatlar sırasında, həmçinin azyaşlı uşaqlar, yenidoğulmuşlar və yarımçıqdoğulmuşlarda anadangəlmə ürək qüsurları səbəbindən aparılan cərrahi əməliyyatları da qeyd etməsəm olmaz. Çünki məhz Mərkəzi Gömrük Hospitalının peşəkar kardiocərrahları həyata yeni qədəm qoyan bu körpələrə ikinci bir nəfəs bəxş edir.

- Bildiyimiz kimi, Hospitalda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə böyük önəm verilir. Bu məqsədlə dünyanın tanınmış səhiyyə mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurulubmu?

- Mərkəzi Gömrük Hospitalı Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrinin nüfuzlu tibb mərkəzləri, təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edir. Bu qurumlardan biri də Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə olan əməkdaşlığımızdır. 2019-cu ildə imzalanmış memoranduma əsasən Florence Nightingale Xəstəxanalar Qrupunun tanınmış həkimləri ilə qarşılıqlı görüşlər, elmi və praktiki konfrans və simpoziumlar təşkil edirik, tibb heyətimiz Florence Nightingale Xəstəxanalar Qrupunda təcrübə mübadiləsində iştirak edir.

Eyni zamanda, Hospitalda pasiyentlər üzərində aparılmış müalicə və əməliyyatlar nəticəsində qazanılmış uğurların nəticələri nüfuzlu beynəlxalq bazalara daxil olan elmi jurnallarda məqalələr şəklində dərc olunur, beynəlxalq konfrans və simpoziumlarda məruzələr şəklində təqdim olunur.

- Bəxtiyar həkim, Mərkəzi Gömrük Hospitalı COVID-19 pandemiyası zamanı və 44 günlük Vətən müharibəsi zamanı yaralanmış ən ağır xəstələrin müalicəsində fəal iştirak etmişdir. Mərkəzi Gömrük Hospitalının həmin dövrdə fəaliyyətini necə xatırlayırsınız?

- Tamamilə düz qeyd edirsiniz ki, Mərkəzi Gömrük Hospitalı olaraq son 5 ildə biz həm də ölkəmiz üçün taleyüklü məsələləri xalqımızla birlikdə yaşadıq. İlk növbədə mən Zəfərimizlə nəticələn 44 günlük Vətən müharibəsini qeyd etmək istərdim. Əldə etdiyimiz bu Zəfərdə bu gün fəxrlə deyə bilərəm ki, Mərkəzi Gömrük Hospitalının da rolu var. Bizim əməkdaşlar arasında ön cəbhədə öz xidməti borcunu yerinə yetirən, Vətənin dar günündə düşmənlə üz-üzə döyüşən şəxslər də var. Həmçinin bu dövrdə hospitalımız Vətən müharibəsi döyüşlərində yaralanmış ən ağır xəstələri qəbul etməkdə idi.

Bildiyiniz kimi, 21 ay müddətində Mərkəzi Gömrük Hospitalı həm də COVID -19 pandemiyası ilə də mübarizəyə qoşularaq pandemiya xəstəxanası kimi fəaliyyət göstərdi və bu dövrdə 2053 xəstə hospitalımızda stasionar müalicə aldı, onlardan 316 nəfər reanimasiya və intensiv terapiya şöbəsində müalicə olundu. Məhz COVID-19 xəstəsi üzərində ilk uğurlu EKMO istifadəsi bizim hospitalda həyata keçirilmişdi. Ümumiyyətlə isə bu dövrdə hospitalımızda 18 xəstə EKMO cihazına qoşulmuşdu. Mən xüsusilə vurğulamaq istəyirəm ki, hospitalımızda müalicə olunan xəstələrin əksəriyyəti xüsusilə ağır, digər xəstəxanalardan son ümid yeri kimi bizə üz tutan xəstələr idi. Əlbəttə, nə qədər acı olsa da bu ağır xəstəliyin ağırlaşmaları səbəbindən itkilərimiz də oldu. Amma mən böyük fəxrlə deyə bilərəm ki, bizim əldə etdiyimiz nəticələr dünyanın bir çox aparıcı klinikalarının göstəricilərindən daha yaxşı oldu. Hospitalımızda müalicə olunan xəstələrin 90 faizdən çoxu, dəqiq desəm 94,6 faizini sağaldaraq ailələrinə qaytara bildik.

- Bəxtiyar həkim, oxucularımıza Mərkəzi Gömrük Hospitalının gələcək işləri barədə nə demək istərdiniz?

- Mərkəzi Gömrük Hospitalının personalı tərəfindən bir daha əmin etmək istəyirəm ki, həm göstərdiyimiz tibbi xidmətlərimizlə, həm sosial aksiyalarımızla, həm də davamlı təhsil tədbirlərimizlə daim xalqımızın sağlamlığının keşiyində layiqincə durması üçün əlimizdən gələni etməkdə davam edəcəyik.

Müsahibəni apardı: Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və Qazaxıstan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb

DSMF: Son altı ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 7,3 faiz artıb

FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfər xilas edilib

Antonio Quterreş: Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi danışıqlar yolu ilə həll edilməlidir

Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gəlib

BMT-nin Baş katibi: ŞƏT beynəlxalq arenada mühüm oyunçudur

Venesuelada “Beril” qasırğasından 25 min nəfər zərər çəkib

Çin və Qazaxıstan prezidentləri Çin-Avropa Transxəzər marşrutunun açılışında iştirak ediblər

BAMF QHT Agentliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb

Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib

Polşa və Almaniya müdafiə sahəsində əməkdaşlıq edəcəklər

Türkiyə XİN ölkənin maraqlarının xarici siyasətin əsas prioriteti olduğunu bəyan edib

Orxan Məmmədov: 2024-cü ildə Azərbaycanda ESG məsuliyyəti prinsiplərinin tətbiq səviyyəsi 3,5 faiz olub

“Azərbaycanda innovasiya siyasətinin qurulması” qrant layihəsinin bağlanış tədbiri keçirilib

Prezident İlham Əliyev milli bayram münasibətilə Belarus Prezidentini təbrik edib

BMU Texnoparkının təşkil etdiyi ilk “My Technology” müsabiqəsi başa çatıb

Rusiya yeni kosmik stansiya quraşdırmağı planlaşdırır

Finlandiya Prezidenti: Çin Ukrayna münaqişəsini bir zənglə həll edə bilər

Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu

İtaliyada keçiriləcək turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

Brüsseldə “COP29: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans təşkil olunub

Muxtar Babayev: Biz maliyyə planları, büdcələri və hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik VİDEO

Daxili işlər naziri Qubada vətəndaşların müraciətini dinləyəcək

ADA Universitetinin nümayəndə heyəti Corc Vaşinqton Universitetində olub

“Lokomotiv və vaqonlar” hazırdır

Amerika Kubokunda 1/4 final cütlükləri bəlli olub

“CawaMedia” agentliyi Azərbaycanda qeyd ediləcək Ümumdünya Ətraf Mühit Günündən yazıb

KOBİA bizneslər arasında ESG prinsiplərini təbliğ edir

Azərbaycan idmançısı reytinq turnirində gümüş medal qazanıb

Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

Misirdə binanın çökməsi nəticəsində 14 nəfər həlak olub

Vüsal Şıxəliyev: Bu il ESG prinsipləri üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışırıq VİDEO

Naxçıvanda müəllimlərin işə qəbul üzrə müsabiqənin test imtahanının növbəti mərhələsinə 375 namizəd dəvət edilib

"Sabah" Ukrayna millisinin basketbolçusunu heyətinə qatıb

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Göygöl rayonunda növbəti Milli Yaylaq Festivalı təşkil olunacaq

Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq böyük perspektivlər vəd edir

BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş

Nazir müavini: Bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 121-ə çatıb

Faktiki hava: Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib

“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38,6 faiz artıb

İsmayıllı rayonunda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

“Azeri Light” markalı neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

"Naxçıvan istedadları” incəsənət festivalında 378 şagird iştirak edib

Qədim Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır

“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir

Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivi ərazisində qanunsuz hasarlar sökülüb VİDEO

Yaponiyanın Baş naziri NATO-nun sammitində iştirak edəcək

“Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DİN: Ölkə ərazisində qeydə alınan 26 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nda və 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Toqoda “France 24” telekanalına son xəbərdarlıq edilib

İyun ayında sərhəd rejimi qaydalarını pozan 851 nəfər saxlanılıb

Böyük şirkətlər 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular VİDEO

Milli Prado Muzeyi "İspaniyada incəsənət və sosial dəyişikliklər (1885-1910)" adlı sərgini təqdim edir

Danimarkada xarici bayraqlardan istifadə məhdudlaşdırılır

Kral Çarlz Şotlandiyada səfərdədir

Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var