Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “Forbes Georgia” və “Caspian Energy Club” birgə forum keçirəcək

®  “Forbes Georgia” və “Caspian Energy Club” birgə forum keçirəcək

“Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva və “Forbes Georgia” jurnalının baş redaktoru Şota Diqmelaşvili müvafiq olaraq “Caspian Energy Club” və “Forbes Georgia” şirkətlərini təmsil edərək, qarşılıqlı əməkdaşlıq və birgə təşkilatçılığa dair memorandum imzalayıblar.

Sənədin əsas məqsədi regionda iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi, strateji əhəmiyyət kəsb edən məsələlərin işgüzar dairələr səviyyəsində müzakirə olunması və innovativ layihələrin təşviqinə əlverişli mühitin yaradılmasıdır.

Memorandumun müddəalarına uyğun olaraq 2025-ci il sentyabrın 4-də Batumi şəhəri “Caspian Energy Club” və “Forbes Georgia” jurnalının birgə təşkilatçılığı ilə keçiriləcək 13-cü Beynəlxalq “Caspian Energy Forum”un ilk sessiyasına ev sahibliyi edəcək. Bu barədə forumun Təşkilat Komitəsinin sədri, həmçinin “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva rəsmi bəyanatla çıxış edib.

On üçüncü Beynəlxalq “Caspian Energy Forum”un ilk sessiyasının məhz Batumidə keçirilməsi bu ərazinin geostrateji mövqeyi ilə əlaqələndirilir. Günel Quliyevanın sözlərinə görə, Gürcüstan bu gün nəqliyyat, enerji və infrastruktur sahəsində bir sıra transmilli layihələrin reallaşdırıldığı strateji bölgədir. “Gürcüstanın Qara dənizə çıxışı ölkəni Xəzər və Avropa regionları arasında vacib tranzit mərkəzinə çevirir. Hazırda burada nəqliyyat və enerji əməkdaşlığının yeni memarlığı formalaşır. On üçüncü Beynəlxalq “Caspian Energy Forum 2025” isə bu proseslərin analitik qiymətləndirilməsi və siyasi-iqtisadi inkişafı üçün effektiv platforma olacaq”, - deyə Günel Quliyeva bildirib.

Şota Diqmelaşvili isə qeyd edib: Bu forum mühüm bir mərhələyə təsadüf edir, çünki Xəzər-Qara dəniz regionu qlobal miqyasda öz iqtisadi əhəmiyyətini yenidən müəyyənləşdirir. Azərbaycanın regional əlaqələrin genişləndirilməsi, enerji diversifikasiyası və infrastrukturun inkişafına yönəlmiş uzaqgörən yanaşması bu sahədə nümunəvi addımdır. “Caspian Energy Club” ilə birgə əməkdaşlıq edərək, “Forbes Georgia” biznes, siyasət və strateji baxışın qovuşduğu, regionda real təsir yaradan bir platformanın formalaşmasına töhfə verməkdən qürur duyur”.

Tədbir qapalı formatda keçiriləcək və burada bir sıra şirkət rəhbəri, beynəlxalq təşkilatlar, assosiasiyalar, maliyyə institutları, müstəqil ekspertlər və analitik mərkəzlərin nümayəndələri iştirak edəcəklər. Forum sessiyaları Davos modeli əsasında təşkil olunacaq – qısa təqdimatlardan sonra interaktiv panel müzakirələri aparılacaq. Bu format fikir mübadiləsi, əməkdaşlıq imkanlarının araşdırılması və mövzu üzrə dərin təhlil üçün şərait yaradacaq. Forumun əsas istiqaməti - yaşıl enerji və Orta Dəhliz üzrə müzakirələr iki əsas panel çərçivəsində keçiriləcək və regionda strateji əməkdaşlıq üçün ən aktual mövzuları əhatə edəcək.

“Yaşıl enerjinin istehsalı, ötürülməsi və maliyyələşdirilməsi” adlı birinci paneldə regionda həyata keçirilən və planlaşdırılan enerji layihələri, iqlim dəyişiklikləri fonunda bərpaolunan enerji mənbələrinə artan tələbat, texnoloji həllər və maliyyələşdirmə modelləri müzakirə olunacaq. Sessiyada, həmçinin Trans-Xəzər marşrutlarının Avropa dəhlizlərinə birləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı və beynəlxalq maliyyə institutlarının dəstəyi kontekstində yaşıl enerji infrastrukturu, həmçinin Cənubi Qafqaz, Orta Asiya və Avropa ölkələri arasında vahid enerji platformasının yaradılması imkanları müzakirə olunacaq.

“Azərbaycan və Gürcüstan bu kontekstdə strateji tərəfdaş olaraq yaşıl enerji dəhlizinin keçə biləcəyi əsas ölkələrdən hesab edilir və regionun bərpaolunan enerji potensialını Avropa İttifaqındakı istehlakçılarla birləşdirən infrastruktur üçün əsas keçid nöqtələri hesab olunur. Eyni zamanda, regionda vahid nəqliyyat infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələr və investisiya təşəbbüsləri dayanıqlı və inteqrasiya olunmuş nəqliyyat sisteminin inkişafının bariz nümunəsidir”, - deyə Günel Quliyeva bildirib.

“Limanlar və Logistika – Orta Dəhlizin Dəstək Strukturuna Baxış” adlı ikinci paneldə isə Avrasiya ticarətində əhəmiyyət kəsb edən Orta Dəhlizdəki limanlar və multimodal infrastrukturun inkişafı diqqət mərkəzində olacaq. Paneldə Aktau, Bakı və Batumi limanlarının dayanıqlı multimodal nəqliyyat dəhlizinin formalaşmasında oynadıqları strateji rol, dəniz və quru nəqliyyat vasitələri ilə həyata keçirilən daşımaların sinxronlaşdırılması və keçid qabiliyyətinin artırılması istiqamətində birgə atıla biləcək addımlar, logistik mərkəzlərin iqtisadi inkişaf prosesində oynadığı funksional rol və müvafiq sahələrdə investisiya imkanları, Batumidən Ələtə qədər logistik mərkəzlərinin iqtisadi inkişafın lokomotivi kimi əhəmiyyəti, eləcə də logistika, yükdaşımalar və gömrük sahəsində mövcud olan investisiya imkanları forumun əsas diskussiya mövzuları sırasında yer alacaq. Panel iştirakçıları, həmçinin Gürcüstanın Xəzər və Avropa İttifaqı arasında tranzit qovşağı kimi çıxış etdiyi geostrateji mövqeyi fonunda qarşılaşdığı infrastruktur məhdudiyyətləri, qanunvericilik çərçivələri və yük idarəçiliyi ilə bağlı çağırışları müzakirə edəcəklər.

Günel Quliyevanın sözlərinə görə, müasir dünyada logistika artıq təkcə iqtisadi fəaliyyət sahəsi deyil, həm də regional sabitlik və davamlı inkişaf üçün strateji əhəmiyyətə malik amildir. Forum bu sahədə strategiyaların sinxronlaşdırılması, ümumi standartların müəyyənləşdirilməsi və infrastruktura uzunmüddətli investisiyaların cəlb edilməsi məsələlərini müzakirə etmək imkanı verəcək.

On üçüncü Beynəlxalq “Caspian Energy Forum 2025” tədbiri “Forbes Georgia” jurnalı ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Azərbaycan Milli Biznes Assosiasiyası və regionun müxtəlif biznes klubları da forumun təşkilinə töhfə verən qurumlar sırasındadır. Günel Quliyeva bildirib ki, tədbirin “Forbes Georgia” ilə birgə keçirilməsi onun beynəlxalq statusunun və strateji əhəmiyyətinin göstəricisidir.

Forum nəticəsində aşağıdakı hədəflərə nail olunması nəzərdə tutulur: enerji və logistika sahəsində fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığa doğru düzgün “networkingin” formalaşması, yaşıl enerji dəhlizinin koordinasiyası üzrə işçi qrupların yaradılması, liman və nəqliyyat infrastrukturuna dair investisiya layihələrinin təqdim olunması, regional enerji və logistika konsorsiumunun yaradılmasına dair tövsiyələrin hazırlanması.

Sessiyaların nəticələri əsasında “Caspian Energy Journal” və “Forbes Georgia” nəşrlərində analitik hesabatlar dərc ediləcək.

Qeyd edək ki, “Caspian Energy Forum” “Caspian Energy Club” tərəfindən təsis edilib və Xəzər-Qara dəniz regionlarının iqtisadi inkişafında aparıcı sektorları bir araya gətirən beynəlxalq platformadır. Forum ənənəvi olaraq Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Gürcüstan kimi ölkələrdə keçirilir və enerji, logistika, investisiya və davamlı inkişaf sahələrində regionun aparıcı tədbirlərindən biri hesab olunur.

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün “networking” platformalar, media layihələr, forumlar və mükafatları vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilib. Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq. “Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy Event Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-“networking” platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb.

Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib