CƏMİYYƏT
® Həkim-dermatoloq Rəna Soltanovanın estetik kosmetologiyaya dair master-klası baş tutub
![](/files/galleryphoto/2022/3/1200x630/166444429622145765_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1664444296611954087_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/166444429651155878_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16644442966044232486_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16644442965227647679_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16644442975070322267_1200x630.jpg)
“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin və “Fisa group” şirkətinin birgə təşkilatçılığı ilə Bakı JW Marriot Absheron" otelində estetik kosmetologiya ilə bağlı master-klas keçirilib. Böyük maraqla qarşılanan seminarın spikerləri estet həkim, dermato-kosmetoloq Rəna Soltanova, həkim-kosmetoloq Fidan Mustafayeva və plastik estet cərrah Natavan Əmirova olub.
Tədbiri giriş sözü ilə açan “Laser Beauty” estetik klinikasının rəhbəri, Rəna Soltanova Double babyboom” (“Əməliyyatsız temporal lift”), “Nasalobial lift” (“Nazolabial lift”) və “Yeni texnika Fresh Up” mövzularının aktuallığından danışıb və tətbiq olunan müasir metodların öyrənilməsinin zəruriliyini qeyd edib.
“Estetik sahəsində çalışan mütəxəssislər yaxşı bilirlər ki, təbii proses hesab olunan yaşlanmanı gecikdirmək bu gün estetik kosmetologiyanın qarşısında duran vacib məsələlərdən ən başlıcasıdır. Zaman keçdikcə hüceyrələrin yaşlanması səbəbindən dəridə sallanma müşahidə olunur. Məhz temporal lift proseduru yaşlanma ilə əlaqədar alın nahiyəsinin sallanan toxumalarını uzatmaq üçün istifadə edilir. Sürətli reabilitasiya və qısa zamanda sosial mühitə adaptasiya isə estetik prosedurların önəmli mərhələlərindən biridir”, - deyə Rəna Soltanova bildirib.
Sözügedən mövzularla bağlı zəngin təcrübəsini və ən vacib məlumatları seminar iştirakçıları ilə bölüşən Rəna Soltanova onlara praktiki olaraq həmin prosedurları nümayiş etdirdi.
“Bu prosedurlar hazırda estetik kosmetologiyada böyük əhəmiyyət kəsb edir. Hər birinə tələbat çox olduğundan estetik mütəxəssislər yeni texnikalardan məlumatlı olmalıdırlar. Ümid edirəm ki, master-klasda göstərdiyimiz texnikalar kosmetoloqların inkişafına müsbət təsir edəcək”, - deyə Rəna Soltanova əlavə edib.
Qeyd edək ki, master-klasın sonunda “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin rəhbəri Dr.Rəna Soltanovanın imzası ilə iştirakçılar sertifikatlarla təltif olunublar.