Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Hicran Xıdırova: Sağlam qaraciyər, hər kəsin haqqıdır, bu haqqı itirməyin!

®  Hicran Xıdırova: Sağlam qaraciyər, hər kəsin haqqıdır, bu haqqı itirməyin!

Qaraciyər yağlanması son zamanlar dünyada ən çox rast gəlinən problemlərdən biridir. Yağlanmaya bağlı hepatitin çox yayılmasının səbəbləri arasında piylənmə ilə yanaşı, həyat tərzinin, qidalanmanın, qidaların tərkibinin, dərmanların və ekoloji problemlərin rolu var. "Referans Medical Group"un Hepatoloji Mərkəzinin Baş həkimi, tibb üzrə fəlsəfə doktoru, infeksionist-hepatoloq Hicran Xıdırova ilə söhbətimizdə qaraciyər sağlamlığı, piylənmə, hepatitlərlə bağlı bir sıra suallara aydınlıq gətirməyə çalışdıq:

- Təcrübənizə əsasən, qaraciyərlə bağlı ən çox hansı xəstəliklərə rast gəlirsiniz?

- Gün ərzində qəbula gələn hər 5 pasiyentdən birində qaraciyər yağlanması problemi olur. Son zamanlar virus hepatitləri ilə yanaşı, qaraciyər yağlanmaları, toksiki qaraciyər zədələnmələri və metabolik disfunksiya problemi olan xəstələrin müraciətləri artıb. Bu, əsasən rejimsiz qida qəbulu, qidaların keyfiyyəti və az hərəkətliliklə bağlıdır. Mütəmadi olaraq narkotik vasitələrdən, spirtli içkilərdən istifadə edən, həkim göstərişi olmadan dərman qəbul edən şəxslərdə isə toksiki qaraciyər zədələnmələrinə çox təsadüf edilir.

- Qaraciyər sağlamlığı ilə diabet və piylənmə arasında əlaqə varmı?

- Əlbəttə, çox sıx əlaqə var. İstər diabet, istərsə də qaraciyər yağlanmasının yaranma mexanizminin əsasında metabolik pozuntulara dayanan patologiyalar durur. Bu səbəbdən hər bir diabet və ya qaraciyər yağlanması olan pasiyentdə bu və ya digər dərəcədə qaraciyərin həm orqanik, həm də funksional pozulması müşahidə edilir. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlər isə daimi olaraq dərman qəbul etdiklərindən yan təsirlər qaçılmaz olur, çünki həmin dərmanların özlərinin də yan təsirləri var. Həmin pasiyentlərin qaraciyərində problem yaranmaq riski olduğu kimi, qaraciyərində problem olan pasiyentlərdə də sonradan şəkərli diabet yarana bilir. Bu, sanki uzun bir çubuğun iki ucudur və hər biri digərini tətikləyə və ya zəiflədə bilər.

- Bəs, qaraciyər xəstəliklərində genetikanın rolu varmı?

- Bir müddət öncə qohum nikahları ilə bağlı ictimai müzakirələrdə, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması məsələsi gündəmə gətirildi. Çox sevinirəm ki, əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir. Çünki məhz qohum evlilikləri arasında genetik problemlər daha çox meydana gəlir ki, bunların arasında da qaraciyər və qan xəstəlikləri öndə dayanır. İkincisi isə qaraciyərin özünün belə bir sıra genetik və irsi xəstəlikləri var ki, hətta qohum evlilikləri olmasa belə müxtəlif genetik xromosom anomaliyası olduqda müəyyən xəstəliklər əmələ gələ bilər. Mən bir faktı təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün bizim qaraciyərində patologiyası olan ən gənc pasiyentimiz 8 aylıq körpədir.

- Hicran xanım, hepatit nədir və necə yaranır?

- Öncə deyim ki, hepatit qaraciyərin iltihabi xəstəliyidir. Hər hansı səbəbdən qaraciyər toxumasında zədələnmə meydana gəlir və buna cavab olaraq orqanizmdə iltihabi reaksiya başlayır. Hepatitləri müxtəlif səbəblər törədir. Bunlardan birincisi viruslardır, yəni virusların yaratdığı hepatitlərdir. Alkoqol, genetik faktorlar, metabolik xəstəliklər, piylənmə, şəkərli diabet, dərmanlar və s. səbəbləri sadalamaq olar. Vaxtında aşkarlanan hepatitlər düzgün müalicə olunduqda və doğru həyat tərzi seçildikdə sirrozla nəticələnməyə də bilər.

- Hepatitlər necə müalicə olunur?

- Qürurla deyə bilərəm ki, bu gün Azərbaycanda hepatitlərin və qaraciyər xəstəliklərinin müalicəsi dünya səhiyyəsində qəbul olunmuş protokollar əsasında aparılır. Biz iyunun 5-dən 8-dək Milanda keçirilən və 100-dən çox ölkədən həkimin iştirak etdiyi EASL 2024 konfransından qayıtmışıq. Burada iştirak etdiyimiz dəyirmi masalarda aparılan müzakirələrdən sonra Azərbaycan səhiyyəsinin uğuru olaraq qeyd etmək istərdim ki, ölkəmizdə hepatit və qaraciyər xəstəliklərinin müalicəsində əldə edilən nəticələr hətta qonşu ölkələri də geridə qoyur. Elə hepatit növləri var ki, onların müalicəsində qardaş Türkiyəni də qabaqlamışıq. Ölkəmizdə həmin xəstəliklərlə mübarizədə dərmanların əlçatan olması, pasiyentlərin maddi rifahı müalicələri uğurla aparmağımıza imkan yaradır. Əgər bir vaxtlar pasiyent ”Həkim, hepatitin müalicəsi varmı?” , - soruşanda “Xeyr ”, -deyirdiksə, bu gün rahatlıqla müsbət cavab vermək olur. Hepatit B və Hepatit D-nin müalicəsi var.

- Hepatit diaqnozu necə qoyulur?

- Öncə qeyd edim ki, ümumi qan analizi verməklə heç vaxt hepatitə yoluxub-yoluxmamaq barədə dəqiq məlumat əldə etmək olmaz. Yalnız immunofermentativ analiz verdikdən sonra dəqiq nəticədən danışmaq olar. Occult (gizli Hepatit B) aşkarlamaq üçün xüsusi analiz verilməlidir. Metabolik və qaraciyər yağlanması ilə baş verən hepatitlərə gəldikdə bu zaman bədən kütlə indeksi, qaraciyərin funksional biokimyəvi göstəriciləri və instrumental müayinələr aparılır. Mərkəzimizə müraciət edən pasiyentlər əvvəlcə sadə ultrasəs müayinəsindən keçirilir, daha sonra qaraciyər damarlarının dopler-i olunur və bundan sonra “ILIVTOUCH” cihazı ilə “Fibroscan” müayinəsi aparılır. Bu zaman pasiyentlərdə biz həm qaraciyər yağlanmasının, həm də qaraciyər fibrozunun rəqəmsal göstəricilərini əldə etmiş oluruq. Beləcə növbəti mərhələlərdə müalicə prosesində qaraciyərin özünün orqan olaraq vəziyyətinə nəzarət etmək imkanı qazanırıq.

- Hepatitlər yoluxdurucudurmu?

- Viral hepatitlər yoluxucudur, digər hepatitlər yoluxdurucu deyil. Virus hepatitləri neqativ çıxan, lakin qaraciyər yağlanması və ya toksiki zədələnməyə məruz qalan pasiyentlərə "Siz qaraciyərinizi kefinizdən korlayırsız” deyə xəbərdarlıq edirəm. Çünki Hepatit C qandan-qana yoluxur. 0,1-0,3 faiz məişət yolu ilə yoluxma riski var. Hepatit B-nin isə peyvəndi var. Hepatit B peyvəndi olunmaqla Hepatit D-dən də qorunmaq olar. Bir də əlavə etmək istərdim ki, Hepatit B və D-nin ikisinin bir arada olduğu infeksiya da var. Həmin infeksiyanın müalicəsində ölkəmizdə 2 ildir ki, uğurlu dərman terapiyası aparırıq. Nəticələr isə qənaətbəxşdir.

- Xüsusilə xroniki qaraciyər xəstəlikləri olan insanlarda qaraciyər xərçənginin inkişaf riskini azaltmaq üçün hansı profilaktik tədbirlər görülə bilər?

- Qaraciyərin qeyri-invaziv müayinə metodlarından olan və bizim mərkəzimizdə müayinəsi aparılan “Fibroscan” müayinə sayəsində qaraciyərin fibroz dərəcəsi dəqiq və rəqəmsal göstəricilər ilə təyin olunduqdan sonra həmin pasiyentlər üçün xüsusi müayinə planı hazırlanır ki, vaxtaşırı müayinələrdən keçməklə pasiyentlərdə HCC (qaraciyər xərçəngi) riskini önləmək və ya erkən diaqnostikasını aparmaq mümkündür. Həkimə getməkdən qorxmaq lazım deyil, əksinə ona can atmalıyıq.

- Hansı əlamətlər olduqda mütləq hepatoloqa müraciət edilməlidir?

- Həmin əlamətləri istənilən qədər sadalaya bilərik, lakin insanlar ən əsası qaşınma, dəridə ləkələrin yaranması, saralma, hədsiz köp hissi, qəbizlik, sağ qabırğa altında ağrı və bir sıra əlamətlər hiss edən zaman mütləq qaraciyərin səssiz orqan olduğunu xatırlayıb, həkim yoxlanışına üz tutmalıdırlar. Təzyiq, ürək-damar və xroniki xəstəliklərdən, şəkərli diabetdən əziyyət çəkən şəxslər də diqqətli olmalıdırlar.

Qaraciyəri qorumaq üçün heç olmasa ildə bir dəfə onun qayğısına qalmaq və lazım olan müayinələrdən keçmək vacibdir. Unutmaq lazım deyil ki, sağlam qaraciyər, hər kəsin haqqıdır və bu haqqı itirməyin!

Tibb üzrə fəlsəfə doktoru Hicran Xıdırova
Həkimlə əlaqə: (050) 601-18-31/ (050) 550-78-76

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO