® Tamamilə yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat
1994-cü ildən bu yana 15 milyon satış rəqəmini ötən “Toyota” RAV4 kompakt SUV seqmentinin öncüllərindən hesab olunur. İndi isə tamamilə yeni, altıncı nəsil RAV4 fərqli dizaynı və texnoloji innovasiyaları ilə bu irsi davam etdirir. Avtomobil yolsuzluq şəraitindəki qətiyyəti ilə zərif şəhər yürüşləri arasında balansı qorumaqla yanaşı, sürücülərə ideal rahatlıq bəxş edir.
Tam yeni RAV4-ün eksteryeri demək olar ki, yenidən dizayn edilib. Ön hissənin çəkicbaşını xatırladan dizaynı, relyefli kapotu, həmçinin 18 və 20 düymlük diskləri ona daha güclü duruş qazandırır. Bu disklər, eyni zamanda, avtomobili yerdən kifayət qədər hündürdə saxlayaraq yolsuzluq performansını gücləndirir. Avtomobilin ön və arxasındakı incə LED faralar isə ona daha müasir və texnologiyayönümlü görünüş qazandırır.
Sürücüləri avtomobilin daxilində yenidən dizayn edilərək müasirləşdirilmiş sükan dizaynı, daha enli görüş bucağı üçün 40 millimetr aşağı endirilmiş ön panel, daha aydın proyeksiyalı displey və intuitiv rəqəmsal kokpit gözləyir. Burada 12,9 düymlük multimedia ekranı və 12,3 düymlük, sükandan rahat şəkildə görünən cihazlar paneli yerləşdirilib. Əlavə olaraq, ön hissədə iki naqilsiz enerji doldurma cihazı və iki 45 Vt güclü USB girişi, arxa hissədə isə eyni güclü üç USB girişi yerləşdirilib ki, bu da uzun səyahətlərdə çox sayda cihazı tam enerji ilə təmin edir. Avtomobil premium görünüş və sərnişin rahatlığı üçün dizayn edilsə də, olduqca geniş yük yerinə də sahibdir.
Yeni RAV4 performansın zirvəsində dayanan Plug-in Hibrid (PHEV) sistemi ilə tam elektrik rejimində 137 kilometrə qədər məsafə qət edə bilir. Bu model saatda 0-100 kilometr sürətlənməni cəmi 5,8 saniyəyə tamamlayır. Yeni 22,68 kVts-lıq batareya 50 kVt-lıq enerji doldurma cihazı vasitəsilə 10 faizdən 80 faizə 30 dəqiqə ərzində doldurula bilir. Tam hibrid (HEV) versiyası isə daha yüngül və yığcam batareya dəsti sayəsində səmərəliliyi artıraraq 100 kilometrə cəmi 5,8 litr yanacaq sərfiyyatı təmin edir. Tam ötürücülü modellərin 2 tona qədər dartma gücünə sahib olması isə RAV4-ün gücünün əsas göstəricilərindəndir.
Qeyd edək ki, avtomobilin Hibrid versiyası artıq Azərbaycandakı rəsmi “Toyota” mərkəzlərində (Bakı, Abşeron və Gəncə) satışdadır, Plug-in Hibrid (PHEV) versiyasının isə yaxın zamanda satışa çıxması gözlənilir.