İQTİSADİYYAT
® “Kapital Bank” “Apple Pay” təmassız ödənişlərini Azərbaycanda tətbiq edib
“Kapital Bank”ın ödəniş kart sahibləri “Apple Pay” vasitəsilə ödənişləri təhlükəsiz və məxfi şəkildə edə bilərlər. “Apple Pay” istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanını qazanıblar. Hər bir əməliyyatın təhlükəsizliyi “iPhone”un innovativ texnologiyaları ilə təmin olunur.
Ödənişi həyata keçirmək üçün müştəri “iPhone” telefonunu və ya “Apple Watch” saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. “Apple Pay” vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Bundan başqa bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. “Apple Pay” ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.
“Apple Pay”i nizamlamaq çox asandır. Sadəcə “iPhone”da “Wallet” (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən “Kapital Bank” kredit və ya debet kartını əlavə etmək kifayətdir. Kart “iPhone”, “Apple Watch”, “iPad” və ya “Mac” cihazına əlavə olunan andan müştəri həmin cihazda “Apple Pay”dan istifadə edə bilər. Həmçinin müştərilər “Apple Pay” vasitəsilə “iPhone”, “iPad” və “Mac” cihazlarına yüklənən tətbiqlərdə və ya Safari internet brouzerlərində açılan saytlarda da rahat və sürətli alış-veriş edə bilərlər. Təhlükəsizlik və məxfilik “Apple Pay”in əsasında durur. Siz kredit və ya debet kartınızı “Apple Pay”ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də “Apple” serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır. “Apple Pay” haqqında ətraflı məlumat üçün: http://www.apple.com/apple-pay/ .
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, “196” Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.