® “Kapital Bank” Şuşada ilk bankomatını və ödəniş terminalını quraşdırıb
Müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən “Kapital Bank” işğaldan azad edilən Şuşa şəhərində daha bir yeniliyi təqdim edib. Belə ki, Şuşada fəaliyyət göstərən “Bolmart” marketində “Kapital Bank”a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb. Bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və “BirKart” sifarişi, kommunal, rabitə, TV, internet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və sair) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin “Azəriqaz” və “Azərsu”nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Şuşada olan “AzCake” mağazasında “Kapital Bank”ın POS-terminalı quraşdırılıb və mağaza “BirKart”ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə Şuşaya getmək imkanı yaradılan kimi, taksit imkanından, “Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.