"Ev heyvanları qəbiristanlığı" filminin premyera tarixi açıqlanıb
Bakı, 19 iyul, AZƏRTAC
“Paramount” kinostudiyası istehsal etdiyi yeni qorxu filminin ilk kadrlarını təqdim edib.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, kinostudiyanın məlumatına əsasən, "Ev heyvanları qəbiristanlığı" adlı qorxu filminin premyerası oktyabrın 6-da olacaq.
Ssenarist Lindsey Berin rejissorluq debütü olan ekran əsərinin ssenarisi L.Ber və Cefri Byuxlerə məxsusdur.
Qeyd edək ki, filmin süjetində gənc Cud Krendal doğma şəhərini tərk etmək arzusundadır. Lakin tezliklə gizlədilmiş sirlərdən agah olur və bu onu qaranlıq bir ailə tarixçəsi ilə üzləşməyə məcbur edir. Uşaqlıq dostları ilə bir araya gələn Cud, şəhəri əhatə edən və yolundakı hər şeyi məhv etmək gücünə malik olan şər qüvvə ilə mübarizə aparmalıdır.