Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Karabakh is Azerbaijan!" milli platforması beynəlxalq müstəvidə fəaliyyətə başlayır

"Karabakh is Azerbaijan!" milli platforması beynəlxalq müstəvidə fəaliyyətə başlayır

Bakı, 2 avqust, AZƏRTAC

"Azərbaycan Diaspor Könüllüləri"nin təşəbbüsü ilə formalaşmış "Karabakh is Azerbaijan!" milli platformasının beynəlxalq qanadı yaradılıb və xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib. Bu məqsədlə "Xarici ölkə gəncləri də "Qarabağ Azərbaycandır!" deyir" mövzusunda süjet hazırlanıb.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Karabakh is Azerbaijan" YouTube kanalında yayımlanan videoçarxda Türkiyə, Çad, Hindistan, Qazaxıstan, Makedoniya, Niderland, Banqladeş, Özbəkistan və Pakistanı təmsil edən gənclər öz doğma dillərində "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər. Onlar həm də Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətini, terrorçu və zorakılıq əməllərini pisləyiblər. Azərbaycanı dəstəklədiklərini, ölkəmiz üçün ədalət tələb etdiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə dinc yolla son qoyulmasının zəruriliyini vurğulayıblar. Layihənin digər ölkə gəncləri ilə də davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə "Diaspor fəaliyyətinin Azərbaycanın dövlət siyasətinə dəstəyi" mövzusunda keçirilən videogörüşdə də "Karabakh is Azerbaijan!" platformasında birləşən gənclərin, diaspor könüllülərinin, azərbaycanlı diaspor gənclərinin gördükləri iş müsbət qiymətləndirilib.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər....Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama start verib. Bu müddət ərzində:

- Diaspor Könüllülərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarını Aprel qəhrəmanlarının şah əsəri olan Böyük qayıdışın başlanğıc nöqtəsi - Cocuq Mərcanlı kəndi ilə tanış etmək olub;

- 9 noyabr - Bayraq Günündə könüllülər müxtəlif aksiyalar təşkil edib. Xaricdə yaşayan gənclərlə bağlı müəyyən videoçarx hazırlayıb və sosial şəbəkələrdə yayıb. Azərbaycan Diaspor Könüllüləri Bakı şəhərinin Fəvvarələr meydanında 2019-cu il 9 noyabr tarixində xarici vətəndaşlara və uşaqlara Dövlət Komitəsi adından Azərbaycan Respublikasının Dövlət Bayrağını hədiyyə edib, üçrəngli bayrağımız və Dövlət Bayrağı Günü haqqında məlumatlar veriblər;

- XX əsrin bəşəri cinayətlər siyahısına düşmüş Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, 50-dən çox ölkənin 10 mindən artıq deputatının elektron ünvanına Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasını və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsini tələb edən kütləvi müraciətlər göndərilib. Müraciətlərə "Xocalıya ədalət!" kampaniyasına dair petisiyanın mətni də əlavə olunub. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlar haqqında videoçarx hazırlanıb.

- Diaspor könüllüləri ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərlə birlikdə “Facebook” və “Twitter”də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, cəbhədə baş verən təxribatlar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqlərindən istifadə etməklə, 1000-lərlə foto, video və digər məlumatlar paylaşıblar. Ümumilikdə 100 minə yaxın paylaşım edilib. Gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14-15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb;

- Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” (Karabakh İs Azerbaijan!) adlı “YouTube” kanalı yaradılıb və videotəqdimatı keçirilib;

- Diaspor Könüllülərinin, eləcə də ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərimizin iştirakı ilə ABŞ konqresmenlərinin, xüsusilə ermənipərəst konqresmenlərin şəxsi sosial şəbəkə ünvanlarına, elektron poçtlarına rus, fransız və ingilis dillərində 1000-lərlə məktublar ünvanlayaraq Azərbaycanla bağlı həqiqətləri təqdim edib və konqresmenləri beynəlxalq hüquq və normalar mövqeyindən çıxış etməyə səsləyiblər.

Qeyd edək ki, “Karabakh is Azerbaijan!” Milli Platforması Azərbaycan Diaspor Könüllüləri tərəfindən yaradılıb və hazırda platformanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində, o cümlədən həm ölkə, həm də dünyada yaşayan azərbaycanlı gənclərin platformaya cəlb edilməsi üzərində ardıcıl işlər aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH