"KOSKS CONSULT GMBH" FİRMASI TƏMSİLÇİLƏRİ ƏLİ BAYRAMLIDA GÖRÜŞ KEÇİRMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Almaniyanın "Kosks Consult GMBH" beynəlxalq məsləhətçi firmasının əməkdaşları Əli Bayramlıda Azərbaycan Hökuməti və Dünya Bankı arasında təsdiq edilmiş borc sazişi çərçivəsində Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yoluna dair "Ətraf mühitin idarə olunması və köçürülmələr üzrə fəaliyyət planı"nın layihələndirilməsi ilə əlaqədar görüş keçirmişlər.
Tədbirdə müvafiq layihənin işlənməsi mexanizminin bir sıra ilkin zəruri parametrləri barədə məlumat verilmiş, şəhər sakinlərinin rəylərinin öyrənilməsi məqsədilə sorğu aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:42]
Neft qiymətləri həftəni itkilərlə tamamlayır
- 05.06.2026 [15:18]
Kənd təsərrüfatı naziri Türkiyədə səfərdədir
- 05.06.2026 [14:30]