"Sumqayıt" komandası "Şkendiya" ilə oyunun hazırlıqlarını yekunlaşdırıb
Sumqayıt, 26 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
“Sumqayıt” komandası UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Şkendiya” klubu ilə oyunöncəsi son məşqə çıxıb.
AZƏRTAC xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, avqustun 27-si “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”- “Şkendiya” oyunu saat 20:00-da başlanacaq.
Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Arman İsmuratov olacaq. Ona yan xət hakimləri Sergey Vassyutin və Samat Tergeussizov kömək edəcəklər.