Abbas Mirzə Şərifzadə küçəsində magistral istilik xətləri təmir edilir
Bakı, 3 avqust, AZƏRTAC
Bakının Yasamal rayonunda magistral istilik xətlərində təmir-bərpa işlərinə başlanılıb.
“Azəristiliktəchizat” ASC-dən AZƏRTAC-a bildirilib ki, 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində avqustun 3-dən Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində 118 nömrəli binadan 124 nömrəli binayadək uzanan magistral istilik xəttində təmir-bərpa işləri aparılır.
Məlumata görə, uzunluğu 65 metr, diametri 273 millimetr olan magistral istilik xəttində həyata keçiriləcək təmir işlərinin avqustun 15-dək başa çatdırılması nəzərdə tutulur.
ASC müvəqqəti narahatlığa görə sakinlərdən üzr istəyərək, təmir işləri ilə əlaqədar qeyd olunan istiqamətdə hərəkət edən sürücülərdən nəqliyyat sıxlığının və mümkün gecikmələrin qarşısının alınması məqsədilə alternativ marşrutlardan istifadə etmələrini xahiş edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]