ABŞ-DA GÜNƏŞ BATAREYALARI İLƏ İŞLƏYƏN AVTOMOBİLLƏRİN QAÇIŞI
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, ABŞ-da “Ameriken solar çellenc” avtomobil qaçışı başlanmışdır. Onun təşkilatçıları ictimaiyyətin diqqətini planetimizin kövrək ekologiyasına və bərpa edilən enerji mənbələrindən istifadə zərurətinə cəlb etmək istəyirlər. Avtoqaçışda mvhərrikləri ancaq günəş enerjisi ilə işləyən 30 maşın iştirak edir. Üzərində günəş batareyaları hissələri olan parlaq rəngli qəribə yastı aparatlar, əsasən, ABŞ, habelə Kanada və Böyük Britaniya universitetlərinin elmi tədqiqat mərkəzlərində hazırlanmışdır. Çikaqoda başlanmiş avtoqaçış 3,7 min kilometr yol qət edərək, iyulun 23-də Los-Ancelesdə başa çatacaqdır. Qaçış dörd mərhələyə bölünmüşdür. Mərhələlərin cəminə görə ən yaxşı vaxt göstərən komanda qalib hesab olunacaqdır. Yarış Amerikanın qərbdən şərqə kəsib keçən məşhur avtomobil yolunda keçiriləcəkdir. Günəş batareyalarının hasil etdiyi enerji şosedə yol verilən sürətin təmin olunmasına, bəzən isə qarşıdan gələn maşın axınına mane olmamaqla, sürəti artırmağa imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]