ABŞ-DA XƏZƏRİN NEFT VƏ QAZ EHTİYATLARININ İSTİFADƏ OLUNMASINA DAİR KONFRANS KEÇİRİLMİŞDİR
Yanvarın 9-da Dünya Ticarət Mərkəzinin Nyu Orlean şəhərindəki ofisində Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin İqtisadiyyat və Biznes Məsələləri Bürosunun və Ticarət Departamentinin təşəbbüsü ilə “Xəzər hövzəsinin enerji ehtiyatları: ABŞ neft və qaz şirkətlərinin perspektivləri mövzusunda konfrans keçirilmişdir.
ABŞ Dövlət Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfransda Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsində Amerika şirkətlərinin səylərinin artırılması və gələcəkdə onların fəaliyyətinin daha da gücləndirilməsi məsələləri ətraflı müzakirə olunmuşdur.
Konfransda çıxış edən ABŞ hökumətinin Xəzər hövzəsinin enerji diplomatiyası üzrə müşaviri səfir Stiven Mən, ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson, ABŞ-ın Qazaxıstandakı səfiri Lari Napper, kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndə Frank Mermud və başqaları “Şevron”, bp şirkətlərinin Azərbaycan və Qazaxıstanda fəaliyyətinin perspektivlərindən bəhs etmişlər. Qeyd olunmuşdur ki, son on il ərzində regiona 20 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da böyük hissəsi neft və qaz sektorunun inkişafına yönəldilmişdir.
Xəzərin neft və qaz ehtiyatlarının dünya bazarlarına çatdırılması konfrans iştirakçılarının diqqət mərkəzində olmuşdur. Bildirilmişdir ki, ABŞ bu məsələyə güclü dəstək verəcək və ölkə rəsmilərinin fikrincə, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması qlobal enerji təminatına kömək edəcək və yaxın onillikdə bu region OPEK-ə daxil olmayan ölkələr arasında ən geniş neft mənbəyi olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]