ABŞ-DAKI AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI “TÜRK NETWORK” ŞƏBƏKƏSİ YARATMIŞLAR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 12-də ABŞ-da “TÜRK NETWORK” şəbəkəsinin təqdimatı keçiriləcəkdir. Amerika Türk Dərnəkləri Federasiyası və Amerika Azərbaycan Cəmiyyətinin birgə layihəsi əsasında hazırlanmış şəbəkənin məqsədi Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığı daha da gücləndirmək və ABŞ ilə türk dünyası arasında əlaqələri inkişaf etdirməkdir.
Bundan başqa, “TÜRK NETWORK” layihəsi ABŞ-dakı prezident seçkiləri ərəfəsində bu ölkədəki türkləri siyasi cəhətdən fəallaşdıracaqdır.
Bir neçə ay əvvəl “US Azeri’s Network” adlı şəbəkə yaradan Azərbaycan diaspor təşkilatları da “TÜRK NETWORK” layihəsində fəal iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]