ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCAN ƏSGƏRLƏRİNİN ƏFQANISTANA GÖNDƏRİLMƏSİNİ ALQIŞLAYIR
“Dövlət Departamenti Azərbaycan hökumətinin Əfqanıstana sülhməramlı qüvvələr göndərmək haqqında qərarını alqışlayır” - rəsmi Vaşinqton beynəlxalq təhlükəsizlik yardımı qüvvələrinə qoşulan Azərbaycan əsgərlərinin yeni missiyasına belə münasibət bildirmişdir. Mətbuat katibinin müavini Filip Riker noyabrın 19-da brifinqdə bəyan etmişdir ki, bu addım dinc və sabit Əfqanıstanın qurulmasına Azərbaycanın sadiq qaldığını nümayiş etdirir. Diplomat vurğulamışdır ki, Azərbaycan qüvvələrinin regionla mükəmməl tanışlığı, mədəni yaxınlığı və Kosovoda əvvəlki sülhməramlı təcrübəsi onlara Əfqanıstanda təhlükəsizlik yardımı qüvvələrinə mühüm töhfə verməyə imkan yaradır. ABŞ rəsmisi Avroatlantik Şurasının fəal iştirakçısı olan Azərbaycanın Praqa sammitinə qatılacağını da xatırlatmışdır.
Amerika tərəfi Azərbaycan əsgərlərinin Əfqanıstana getməsini ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində artan əməkdaşlığın nəticəsi kimi qiymətləndirmişdir. O demişdir ki, 907-ci maddənin qadağaları davam etsəydi, bu əməliyyat mümkün olmazdı. 907-nin gələn ilki aqibəti haqqında suala cavabında Riker bildirmişdir ki, maddənin qüvvəsinin dayandırılması baş verməlidir. Lakin Prezident Buşun bu haqda qərarını konqresə verəcəyi tarix hələ məlum deyildir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]