ABŞ-ın andlılar məhkəməsinin qərarı ilə “Apple” şirkətinə 539 milyon dollar ödəniləcək
Vaşinqton, 25 may, AZƏRTAC
ABŞ-ın andlılar məhkəməsi beşgünlük müzakirələrdən sonra mayın 24-də elan edib ki, “Samsung Electronics Co Ltd” smartfonun patentləşdirilmiş funksiyalarının surətinin çıxarılmasına görə “Apple Inc” şirkətinə 539 milyon dollar ödəməlidir. Andlılar məhkəməsinin qərarı smartfon və digər elektronikanın iki populyar istehsalçısı arasında çoxillik düşmənçiliyə son qoyub.
AZƏRTAC xəbər verir ki, smartfon bazarında rəqiblər patentlərə görə məhkəmədə 2011-ci ildən mübarizə aparıblar. Onda “Apple” şirkəti iddia qaldırmışdı ki, “Samsung”un smartfon və planşetləri onun məhsullarının kor-koranə surətidir. 2012-ci ildə məhkəmə araşdırması zamanı “Samsung” cavabdeh sayılıb, amma ödəniləcək məbləğ barədə fikir ayrılığı hazırda işin yenidən baxılmasına gətirib çıxarıb. Şirkətlərin vəkilləri tərəfindən dəlillərin gətirilməsi prosesi mayın 18-də başa çatıb və iş baxılması üçün andlılara təqdim edilib.
“Samsung” şirkəti nəzərdən keçirilən patentlərin bəzilərinin pozulmasına görə daha əvvəl “Aplle”yə 399 milyon dollar kompensasiya ödəyib. Həmin məbləğin ödənilməsi nəzərə alınsa və apellyasiyadan sonra qərar qüvvədə qalsa, “Samsung” “Apple” şirkətinə əlavə təqribən 140 milyon dollar ödəməlidir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]