ABŞ-IN CORCTAUN UNİVERSİTETİNDƏ AZƏRBAYCAN İNCƏSƏNƏTİ SƏRGİSİ AÇILMIŞDIR
Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin direktoru Mahir İsgəndər isə demişdir ki, bu sərgini başqa layihələrdən fərqləndirən cəhət onun tələbə tamaşaçı auditoriyası üçün nəzərdə tutulmasıdır. Tələbələr bizə tez-tez müraciət edərək, Azərbaycan haqqında daha çox öyrənmək istədiklərini bildirmişdilər. İncəsənət sərgisini Corctaun Universitetində təşkil etməklə həm amerikalı, həm də əcnəbi tələbələrə Azərbaycanla tanış olmaq imkanı yaratmaq istədik.
Rəssam Yavər Rzayev AZƏRTAC-ın müxbirinə demişdir ki, sərgi üçün seçilən işlər Corctaun Universitetinin ruhuna yaxındır. Bura katolik ruhlu qədim təhsil ocağı olduğuna görə, sərgiyə gətirdiyimiz əsərlər də dini ruhda sürrealizm üslubunda çəkilən əsərlərdir. Amerika tamaşaçısından çoxsaylı müsbət rəylər alırıq.
Sərgi dekabrın ilk günlərinədək davam edəcəkdir.