ABŞ-IN IREX TƏŞKİLATI İNTERNET-FORUM KEÇİRMİŞDİR
R.Səttarzadə suallara cavab verərək bildirmişdir ki, Azərbaycanda əhalini içməli su ilə təchiz etmək üçün kifayət qədər yeraltı su ehtiyatı yoxdur. Ona görə də Kür çayı sularının böyük əhəmiyyəti var. Kür çayının çirkliliyini nəzərə alaraq, hazırda parametrləri Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən keyfiyyətli içməli su ilə təminata dair təcrübi layihə ilə bağlı razılaşma prosedurları başa çatmaqdadır. Layihə ölkəmizin bir neçə bölgəsinin 50 yaşayış məntəqəsini əhatə edəcəkdir. Bununla yanaşı, ölkəmizdə yeraltı su ehtiyatlarının kəşfiyyatı və əhalinin bu su ilə təchizatı imkanlarının tədqiq olunması işləri davam etdirilir.