ABŞ-ın Serbiyanın NIS şirkətinə qarşı sanksiyaları qüvvəyə minib
Belqrad, 9 oktyabr, AZƏRTAC
Bu gündən ABŞ-ın Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, NIS-in ABŞ Maliyyə Nazirliyinə fəaliyyətini davam etdirməklə bağlı xüsusi lisenziyanın verilməsi üçün göndərdiyi sorğu cavabsız qalıb və sanksiyaların təxirə salındığı son müddət oktyabrın 8-də başa çatıb.
“NIS-ə maneəsiz əməliyyat fəaliyyətinə imkan verən xüsusi lisenziyanın müddəti ABŞ Maliyyə Nazirliyi tərəfindən uzadılmayıb”, - deyə şirkətin məlumatında bildirilib.
NIS-in departament rəhbəri Boyana Radoyeviç deyib ki, şirkət kifayət qədər neft məhsulları və xam neft tədarükünü təmin edib, təşviş və panikaya əsas yoxdur.
Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi ilin əvvəlində “Naftna Industrija Srbije” şirkətini sanksiya siyahısına daxil edib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq olunan məhdudiyyətlərin bir hissəsi olaraq atılıb. Ötən müddətdə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi ABŞ tərəfinə şirkətə qarşı sanksiyaların təxirə salınması üçün bir neçə dəfə sorğu göndərib. ABŞ NIS-ə qarşı sanksiyaları ümumilikdə 8 dəfə təxirə salıb.
Qeyd edək ki, Serbiya hökuməti 2008-ci ildə NIS şirkətinin səhmlərinin bir hissəsini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
- 10.08.2026 [10:58]
Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]