ABŞ “MANAS” BAZASINDAN İSTİFADƏ HAQQINI QIRĞIZISTANIN TƏLƏB ETDİYİ MƏBLƏĞDƏ ÖDƏMƏK NİYYƏTİNDƏ DEYİLDİR
Qırğızıstan rəhbərinin bu xəbərdarlığına, özünün izah etdiyi kimi, səbəb odur ki, amerikalıların “Qansi” adlandırdığı “Manas” bazasından istifadənin yeni şərtləri barədə danışıqlar artıq 9 aydır uzadılır. Bakiyev demişdir: “Belə vəziyyətdə hər hansı hallar danışıqlar prosesini iyunun 1-dək başa çatdırmağa imkan verməsə, Qırğızıstan 2001-ci il 4 dekabr tarixli ikitərəfli sazişin qüvvədən salınmasının mümkünlüyünü nəzərdən keçirmək hüququnu özündə saxlayır”. O, müsahibələrindən birində bildirmişdir ki, Qırğızıstan hökumətinin hesablamalarına görə, “Qansi” bazasından istifadə üçün icarə haqqı indiki kimi ildə təxminən 2 milyon dollar deyil, 200 milyon dollardan artıq olmalıdır.
Bauçer demişdir: “Aviabazadan istifadənin həqiqi qiyməti, Qırğızıstan hökumətinə kompensasiyanın həqiqi həcmi “havadan götürülmüş” rəqəmlərə deyil, obyektiv meyarlara əsaslanan müzakirə mövzusudur. Biz bu məsələləri vicdanla müzakirə etməyə və danışıqları vicdanla aparmağa hazırıq”.
ABŞ diplomatı vurğulamışdır ki, koalisiya qüvvələrinin “Manas” aviabazasında olması regionun bütün dövlətlərinin mənafelərinə uyğundur, sabitliyin təmin edilməsi və təhlükəsizliyin möhkəmləndirilməsi amilidir.