ABŞERON YÜKSƏK GƏRGİNLİKLİ ELEKTRİK ŞƏBƏKƏSİNDƏ PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQ GÖRÜLÜR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, “Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” (YGEŞ) Məhdud Məsuliyyətli Cəmiyyəti enerji sisteminin sabit fəaliyyətinin təmin edilməsi və hasil olunan enerjinin istehlakçılara çatdırılması məqsədi ilə bir sıra tədbirlər görür.
“Əhmədli” yarımstansiyasının xidmət ərazisində sistemə 40 meqavat gücündə üçüncü transformator qoşulmuşdur. Bundan əvvəl bu stansiyada 63 meqavat gücündə iki transformator fəaliyyət göstərirdi. Yeni transformatorun işə salınması elektrik enerjisi nəqlinin səviyyəsini yaxşılaşdırmış, transformatorların həddən artıq yüklənməsinin qarşısını almışdır.
Bununla yanaşı, “Əhmədli” yardımçı stansiyasında elektrik açarları və ayırıcıları da quraşdırılır.
Yaxın günlərdə 110 kilovoltluq “Qala” yarımstansiyasında da yenidənqurma işlərinə başlanması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]