Abşeronda COVID-19-a qarşı profilaktik və maarifləndirmə tədbirləri artırılır
Xırdalan, 16 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətində COVID-19 infeksiyasına qarşı görülən qabaqlayıcı tədbirlərlə bağlı yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon xəstəxanasının baş həkimi Mehriban Qaralova COVID-19 əleyhinə görülən tədbirlər barədə ətraflı məlumat verib. Bildirilib ki, rayon üzrə yaradılan komissiya tərəfindən mütəmadi olaraq COVID-19 infeksiyasının qarşısını almaq məqsədilə maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilir. Belə ki, komissiya üzvləri Xırdalanda, həmçinin rayonun kənd və qəsəbələrində görüşlər keçirir, vaksinasiya barədə sakinlərə ətraflı məlumatlar verirlər. O, yeni yoluxmaların gənclər arasında daha çox artmaqda olduğunu qeyd edərək, təbliğatı daha da gücləndirməyin əhəmiyyətindən danışıb.
Sonda COVID-19 virusuna qarşı həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi, peyvəndlənmə işinin təşviqinin artırılması və digər məsələlərlə bağlı tapşırıqlar verilib.