ABŞERONUN EKOLOJİ PROBLEMLƏRİNİN HƏLLİ İMKANLARI ÖYRƏNİLİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının problemlərinin kompleks həllinə yönəldiləcək layihənin həyata keçirilməsinə kredit ayrılması üçün Dünya Bankı ilə danışıqlar aparır. Nazir Hüseynqulu Bağırov bu barədə jurnalistlərə məlumat verərək bildirmişdir ki, nəzərdə tutulan kreditin həcmi 15-18 milyon dollar arasındadır. 5-8 il üçün müəyyən edilmiş layihənin həyata keçirilməsi gedişində müasir təmizləyici qurğuların tikilməsi, torpaqların münbitləşdirilməsi və bir sıra digər əlavə təcrübi layihələrin gerçəkləşdirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]