ADAU-da əməkdaşlar üçün ingilis dili üzrə ödənişsiz danışıq kurslarına start verilib
Gəncə, 14 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ixtisas müəllimləri və əməkdaşlar üçün ingilis dili üzrə ödənişsiz danışıq kurslarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Dillər Tədris Mərkəzi tərəfindən ingilis dili üzrə sınaq imtahanı təşkil edilib. İmtahanın əsas məqsədi müəllimlərin ingilis dilində oxuma, yazma və danışıq bacarıqları üzrə bilik səviyyələrini müəyyən etmək olub.
Daha sonra bir neçə qrup üzrə bilik səviyyələrinə uyğun təşkil olunacaq kurslarda dərslər tədris ediləcək.