ADAU-da professor-müəllim heyəti ilə silsilə görüşlər keçirilir
Gəncə, 23 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin professor-müəllim heyəti ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Universitetin rektor vəzifəsinin icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsinin professor-müəllim heyəti ilə görüşlərin bütün fakültələrdə keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, görüşlərin məqsədi perspektivlər, təhsilin keyfiyyətinin yüksəldilməsi, imtahan sessiyasının təşkili və qarşıda duran digər məsələlərin müzakirəsidir.
Sonra fikir və təkliflər dinlənilib, suallar cavablandırılıb.