ADPU-da Qazaxıstan universitetlərinin rəhbərləri ilə görüş keçirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Abay adına Qazaxıstan Milli Pedaqoji Universiteti və Qazaxıstan Milli Qadın Pedaqoji Universitetinin rəhbərləri ilə görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər mövcud əlaqələrin möhkəmləndirilməsi, ikili diplom proqramlarının uğurlu icrası və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin tələbə və müəllim mübadiləsi, ortaq elmi tədqiqatların təşkili, beynəlxalq layihələrdə birgə iştirak məsələləri geniş müzakirə olunub.