ADPU-da TED Universitetinin rektoru ilə görüş
Bakı, 25 noyabr, AZƏRTAC
Türkiyə Respublikasının TED Universitetinin rektoru professor İhsan Sabuncuoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
Bu barədə AZƏRTAC-a Pedaqoji Universitetdən məlumat verilib.
ADPU-da AZƏRTAC-a bildirilib ki, görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Elnur Nəsibov, prorektorlar dosent Eldar Aslanov, Mahirə Hüseynova, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Təlim-tədris Mərkəzinin müdiri Xalidə Həmidova iştirak ediblər.
Tərəflər bu yaxınlarda Ankarada keçirilən görüşün davamı olaraq ali təhsil müəssisələri arasında tədqiqat və akademik istiqamətlərdə əməkdaşlıq mexanizmlərinin qurulması yollarını müzakirə ediblər.