ELM VƏ TƏHSİL
ADU-nun müəllimi Zaqreb Universitetində tərcümə dərslərində iştirak edib
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayeva Xorvatiya Respublikasının Zaqreb Universitetində ezamiyyətdə olub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, F.Abdullayeva ezamiyyət müddətində Zaqreb Universitetinin Humanitar fənlər fakültəsinin dekanı və tərcümə fənlərini tədris edən müəllimlərlə, eləcə də Türkologiya və indologiya kafedrasının professorları ilə görüşüb. Görüş zamanı tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
O, eyni zamanda, tərcümə dərslərində iştirak edib, universitetin kitabxanası ilə tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]