AFFA məşqçilər üçün seminar təşkil edib
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Gəncə şəhərində məşqçilər üçün seminar təşkil olunub.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 23-dək davam edəcək seminar təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Cahangir Həsənzadənin iştirakı ilə keçirilir.
Seminar uşaq komandalarının məşqçilərinin təkmilləşdirilməsi məqsədi daşıyır. Yekunda iştirakçılara sertifikatlar verilməsi nəzərdə tutulur.