AFFA “Sabah” klubunun futbolçusunu cəzalandırıb
Bakı, 7 noyabr, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Səbail” - “Turan Tovuz” oyununda (2:1) beş futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat cərimə edilib. Bundan başqa, matçın 90+5-ci dəqiqəsində Tovuz təmsilçisinin azarkeşləri tərəfindən kütləvi şəkildə baş hakimin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub əlavə 500 manat cərimə ödəyəcək.
“Qəbələ” - “Neftçi” oyununda (0:2) hər iki tərəfdən 4 futbolçu sarı vərəqə aldığı üçün klubların hərəsi 700 manat cərimələnib.
“Sabah” - “Zirə” oyununun (0:1) 42-ci dəqiqəsində meydana sahiblərinin futbolçusu Emmanuel Apeh ikinci sarı vərəqə ilə meydandan qovulduğuna görə 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]